"İnanırıq ki, qatil Avaqyana ucaldılmış abidə götürüləcək" - Əflatun Amaşov » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |    

"İnanırıq ki, qatil Avaqyana ucaldılmış abidə götürüləcək" - Əflatun Amaşov

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Əflatun Amaşov qrupun üzvləri adından Gürcüstan parlamentinin Azərbaycan Milli Məclisi ilə Dostluq qrupunun rəhbəri Zviad Dzidziquriyə müraciət edib.

Müraciətdə qeyd olunur ki, Gürcüstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətləri hər zaman özünün nümunəviliyi ilə diqqət çəkib: "Sevindirici haldır ki, müasir dövrdə bu münasibətlər strateji tərəfdaşlığa əsaslanaraq yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu baxımdan Azərbaycan və Gürcüstan parlamentlərinin üzərinə də böyük məsuliyyət düşür və hər iki ölkənin ali qanunverici orqanlarının tarixi dostluğumuzun dərinləşməsi istiqamətdəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Parlamentlərimiz səviyyəsindəki qarşılıqlı işbirliyi hər iki xalqın ortaq maraq və mənafelərinin qorunmasına yönələn müstəsna təminatdır. Bu təminat zaman-zaman yaşanmış anlaşılmazlıqların və incikliklərin tez bir zamanda aradan qaldırılmasında da mühüm mənəvi dividentdir.

Məlum olduğu kimi, 2019-cu il yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyanın büstü qoyulub. Bu hadisə ölkəmizin ictimai rəyində kifayət qədər mənfi rezonans doğurub. Biz istəməzdik ki, əli Azərbaycan xalqının qanına batmış bir cani qəhrəmanlıq simvolu kimi əbədiləşsin. Nəzərə alınmalıdır ki, Gürcüstan Azərbaycan kimi, etnik separatizmdən əziyyət çəkir. Onun da torpaqlarının 20 faizə qədəri zəbt olunub. M.Avaqyan isə həm də Gürcüstan torpaqlarının işğalında yaxından iştirakı ilə seçilib. O, faktiki olaraq hər iki xalqın düşmənidir".

Bildirilir ki, müasir dövrdə xalqlarımızı birləşdirən ağrı və acılar eynidir. Buna görə Azərbaycan dövləti hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstəyi özünün regional xarici siyasətinin başlıca prioriteti hesab etməkdədir. Azərbaycan üçün Gürcüstan həm də soydaşlarımızın kompakt məskunlaşdıqları, dost gürcü xalqı ilə mədəniyyət və məişəti, dövlətçilik ənənələrini birgə bölüşdükləri və yaşatdıqları vətəndir:

"Biz, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvləri bu müraciətimizlə Gürcüstan-Azərbaycan Dostluq qrupunun üzvlərini xalqlarımızı birləşdirən dəyərləri bölməyə, iki xalq arasında nifaq toxumu səpməyə çalışan qüvvələrə qarşı prinsipial mövqe nümayişinə çağırırıq. Sizlərin diqqətini yaranmış problemə ciddi şəkildə çəkməyi düşünür, məlum hadisədən narahatlığımızı bildiririk.

İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana ucaldılmış abidə götürüləcək. Məsələyə həssas yanaşacağınıza əminliyimizi ifadə edir, hər birinizə uğurlar arzulayırıq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 372 25.01.19 14:12