Bağlar RETSİ-nin xidməti ərazisində elektrik enerjisinin dayanıqlığı məqsədilə 11035/10KV-luq “Zabrat” yarımstansiyasından çıxan Məhəmədi 1-2-EVX-lərinin əlaqələndirilməsi yenidən qurulacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, bununla əlaqədar yanvarın 25-də saat 11:00-dan 14:30-a qədər Məhəmmədi qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.//qafqazinfo.az