Avropada həyəcan təbili: Zamirə Hacıyeva və onun “qızıl vizası” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |    

Avropada həyəcan təbili: Zamirə Hacıyeva və onun “qızıl vizası”

Bəzi Avropa İttifaqı ölkələrində zəngin xaricilərə pasportların və vizaların satılması ilə bağlı tətbiq olunan proqramlar mütəşəkkil cinayətkar qruplaşmaların blok ərazisində çiçəklənməsi və çirkli pulların yuyulması, korrupsiya və vergidən yayınma ilə bağlı riskləri artıra bilər. Bu barədə Avropa Komissiyasının 24 səhifəlik hesabatında deyilir. Komissiya yaranmış vəziyyətlə bağlı “həyəcan təbili” çalıb.

Median.Az
xəbər verir ki, bununla bağlı “Reuters”də məqalə dərc olunub.

Hesabata görə, hazırda Avropa İttifaqında çoxmilyardlıq “investisiya miqrasiyası” hesabına zəngin insanlar bu Avropa ölkələrində vətəndaşlıq və ya daimi yaşayış hüququnu satın ala bilir. Bu sxemlər leqal olsa da, bəzən qeyri-şəffaf şəkildə aparılır, və pasport və ya vizanı əldə etməyə çalışan şəxsin bioqrafiyası lazımi səviyyədə yoxlanılmır.

Avropa İttifaqında Malta, Kipr və Bolqarıstan kimi ölkələr 1-2 milyon avro investisiya müqabilində xarici ölkə vətəndaşlarına “qızıl pasportlar” satır.

12 Avropa İttifaqı ölkəsi isə o qədər də böyük məbləğdə olmayan yatırımlar müqabilində xaricilərə “qızıl viza” və daimi yaşayış hüququnu satır. Misal üçün, Xorvatiyada bunun üçün minimal investisiya məbləği 15 min avrodur, Lüksemburq və Slovakiyada isə azı 5 milyon avro tələb olunur.

Məqaləyə əsasən, keçmişdə bu mexanizmin olmaması ucbatından bu gün Britaniyada “rəngarəng keçmişi” olan xarici vətəndaşlar yaşayıb. Zamira Hacıyevanın işi ilə bağlı qalmaqal buna misal göstərilir.

“Rəngarəng keçmişi olan “investorların” Britaniyada “qızıl viza” almasına dair ortada açıq-aşkar sübut var. Oktyabr ayında Britaniyada ilk dəfə olaraq korrupsiyaya görə həbs olunmuş azərbaycanlı bankirin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı “İzaholunmaz Sərvət haqqında Order”in tətbiqi, sonuncunun 2010-cu ilə Britaniyaya “investor viza”si ilə gəldiyini sübuta yetirib.

“Britaniyada “mənşəyi məlum olmayan sərvətə order”in ilk dəfə 2018-ci ildə “Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya qarşı istifadə olunması göstərdi ki, o, 2010-cu ildə Böyük Britaniyaya “investor vizası” ilə gəlib”, - deyə “Reuters”də dərc olunan məqalədə deyilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 133 24.01.19 13:35