Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Asif Əsgərov sabah gözlənilən hava ilə bağlı tapşırıq verdi

16.01.2019 20:08 2 471
Asif Əsgərov sabah gözlənilən hava ilə bağlı tapşırıq verdi
Yanvarın 16-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.

Median.az
xəbər verir ki, iclasda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə, təhsil, səhiyyə və digər müəssisə rəhbərləri, MTKB və tabeliyində olan MKİS-lərin və rayon ərazisində fəaliyyət göstərən digər kommunal və xidmət sahələrinin rəhbərləri iştirak edib

Şura iclasına sədrlik edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayon İcra Hakimiyyətində yaradılmış xüsusi Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirib.

Yanvar ayının 17-si və 18-i tarixlərində Bakı şəhərində havaların kəskin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, küləyin bəzi hallarda saniyədə 25-40 metrədək şiddətlənəcəyi bildirilərək, bununla bağlı müvafiq tədbirlərin görülməsi barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tapşırıqların verildiyi qeyd edilib.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, nümayəndəliklərin, xidmət sahələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq maşın mexanizmlərin, avadanlıq və inventarların tam hazırlıq vəziyyətinə gətirilməsi, müəssisə və təşkilatlarda növbətçiliyin yaradılması, əhali arasında təbliğat işinin aparılması, ağacların yanında nəqliyyat vasitələrinin saxlanmaması və hündürmərtəbəli binaların tikintisi gedən yerlərdə təhlükəsizlik qaydalarına riayət edilməsi, sürüşmə ehtimalı olan yolların qardan və buzdan təmizlənməsi, baş verəcək hadisələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi və işlərin gedişatı barədə mütəmadi olaraq rayon İcra Hakimiyyətinə məlumat verilməsi RİH Başçısı tərəfindən tapşırıldı.

Son xəbərlər