Mojo.az Banner
23:01 Qohumlar arasında ev münaqişəsi böyüyərək qalmaqala çevrildi - Video  |     22:55 Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 360-dan çox saxlanılan var  |     22:48 Sabah meteohəssas insanları narahat edən hava gözlənilir  |     22:41 “ChatGPT”-nin danışıq tərzi dəyişir: Yeniliklər açıqlandı  |     22:36 Məşhur ağrıkəsicilər sağlamlığınıza zərər verə bilər: Problem nədir?  |     22:30 Rəsmi servis, yoxsa "tanış usta"?  |     22:25 Azovda həlak olan kapitanın həyat yoldaşı DANIŞDI - Video  |     22:18 "Son zəng" neçəyə başa gəlir?  |     22:11 Süni intellekt ən sirli əlyazmanı deşifrə etdi  |     22:06 "Bitcoin" 60 min dollardan aşağı düşdü: 2024-ün oktyabrdan bəri ilk dəfə..  |     21:58 Göygöldə torpaq sürüşməsi olub (Yenilənib)  |     21:53 Parkinqdə drift edən şəxsləri polis saxladı  |     21:44 Sosial şəbəkələrdə yayılan görüntülər insanları təşvişə saldı - Video  |     21:36 Leyla Əliyeva Nəbi Xəzrinin şeirini səsləndirdi - Video  |     21:30 Paytaxtda kütləvi dava: Polis hərəkətə keçdi - Yeddi nəfər saxlanıldı (Yenilənib)  |     21:21 Evdə ən az elektrik işlədən cihazlar açıqlandı  |     21:12 Trampın İrana verdiyi vaxt başa çatır: Yenidən uzadılacaqmı?  |     21:07 Bakıda maşınlar bina üzərində drift etdi - Video  |     20:59 Həlak olanların cənazələri Azərbaycana gətiriləcək - AÇIQLAMA  |     20:53 Sabah magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq  |    
Left Banner
Right Banner

Bayram günlərində nəqliyyat necə işləyəcək? - VİDEO

27.12.2018 12:13 3 782
Bayram günlərində nəqliyyat necə işləyəcək? - VİDEO
Artıq bir ili də yola salmağa hazırlaşırıq. Hər kəs çalışır ki, evinə, doğmalarının yanına rahat şəkildə gedə bilsin.

Bəs, dövlət qurumları bayram günlərində necə işləyəcək?

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Oxu.Az-a bildirib ki, bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolu xidmətindən istifadəyə üstünlük verirlər:

“QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyli Günü və yeni təqvim ili – 2019-cu il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir”.

Sevinc Qədirova bildirib ki, bayram günləri tarixlərinə (27, 28, 29 və 30 dekabr tarixlərinə) ölkədaxili hərəkət edəcək sərnişin qatarlarına kassalarda biletlər var:

“Eyni zamanda, həmin tarixlərdə Bakı-Tbilisi sərnişin qatarının kupe və SV tipli vaqonlarına biletlər satılıb qurtarsa da, plaskart tipli vaqonlara (30 dekabr tarixinə kupe yerlərə də) biletlər var. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir”.

Öz növbəsində “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov da metronun bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcəyini qeyd edib:

“Metro istirahət və bayram günləri qrafiki ilə işləyəcək. Amma ehtiyat tədbirlər planı da var. Zərurət yaranacağı təqdirdə xəttə əlavə qatarlar buraxıla bilər. Dekabrın 31-dən yanvarın 1-nə keçən zaman “Bakı Metropoliteni” gecə saat 02:00-a kimi işləyəcək”.
скачать dle 11.3
Mojo.az Banner