Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmədən Nərmin Şahmarzadə ilə bağlı qərar

25.12.2018 17:30 6 768
Məhkəmədən Nərmin Şahmarzadə ilə bağlı qərar
Bu gün Xətai Rayon Məhkəməsində psixoloq Nərmin Şahmarzadə ilə idmançı Araz Musayevin məhkəmə hazırlıq iclası baş tutub.

Median.Az
xəbər verir ki, idmançının vəkili Ramil Rüstəmov məhkəmədən Nərmin Şahmarzadəni 147-ci maddə ilə məsuliyyətə cəlb olunmasını xahiş edib.

Vəkil məhkəmədən Şahmarzadəni 3 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Digər tələb isə onun Azərbaycan xalqından üzr istəməsi ilə bağlı olub.

Məhkəmə müşavirədən sonra qərar verib. Hakim iddianı təmin etməyib və işə xitam verib.

Buna səbəb isə iddiaçı tərəfin bəzi sənədlərinin qaydasında olmaması göstərilib.

Vəkil Ramil Rüstəmov sənədlərə düzəliş edəndən sonra yenidən məhkəməyə müraciət edəcəklərini deyib.

Araz Musayev AZXEBER.COM-a açıqlamasında deyib ki, sənədlərdə texniki problem olub və bunu aradan qaldırırlar: "Bizim vaxtımız az olduğuna görə bəzi sənədlərdə problem yaranmışdı, yəni məhkəmə iddiamızı rədd etdi demək düzgün deyil, biz sənədləri düzəldib, yenidən məhkəməyə müraciət edəcəyik. Hazırda sənədləri düzəldib, məhkəməyə gedirəm.

Qeyd edək ki. idmançı psixoloq Nərmin Şahmarzədəni Milli Qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə məhkəməyə verib.

Son xəbərlər