Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Çağırışçılara xidmət yerləri SMS-lə göndəriləcək - YENİLİK

25.12.2018 16:12 2 587
Çağırışçılara xidmət yerləri SMS-lə göndəriləcək - YENİLİK
Azərbaycanda 2019-cu ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar təyin olunduqları xidmət yerləri barədə dekabrın 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən SMS vasitəsilə məlumatlandırılacaqlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bununla yanaşı, vətəndaşlar dekabrın 26-dan xidmət edəcəkləri hərbi hissə və qoşun növü barədə məlumatı SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

Müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumat ala bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.

Son xəbərlər