Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Biletləri satmasanız, heç kim buraxılmayacaq - QALMAQAL + VİDEO

24.12.2018 12:30 5 411
Biletləri satmasanız, heç kim buraxılmayacaq - QALMAQAL + VİDEO
Məktəbdə Yeni il şənliyi keçiriləcək. Hazırlıqlar çərçivəsində nəfis tərtibatda biletlər də çap etdirilib. Bura qədər hər şeyə normal baxmaq olar. Təhsil ocağı tədbir keçirir və bunu səliqəli şəkildə təşkil etmək üçün şənlikdə iştiraka icazəni bilet əsasında təşkil edir. Məsələnin sual doğuran tərəfi həmin biletlərin məcburi qaydada satılmasıdır.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtda fəaliyyət göstərən 194 saylı tam orta məktəbdən gedir.

Biletlərin tam həcmdə satılmayacağı halda bütün sinfin tədbirə buraxılmayacağını deyən Rəşad müəllim təlim-tərbiyə işləri üzrə direktor müavini, tədbirin təşkilatçısıdır.

Açıqlama verməkdən çəkinən direktor və müavininin şifahi açıqlaması belə oldu:

“Şənliyin keçirilməsi üçün təşəbbüs valideynlərin özlərindən gəlib, bilet satışı isə məcburi deyil ”

Faktla bağlı məktəbdən ətraflı cavab olmasa da, Bakı şəhəri üzrə Təhsil İdarəsi məsələyə biganə qalmadı.

“Ümumtəhsil məktəblərində Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar biletlərin satışı yolverilməz hesab olunur. Müxtəlif qurumların ümumtəhsil müəssisələrinə bilet satışı ilə bağlı edilən məqsədli müraciətlərə qoşulmaq və ya məktəbdə ödənişli tədbirin təşkili hallarına görə məktəb rəhbərliyi şəxsən məsuliyyət daşıyır. Bu kimi hallara qarşı ciddi tədbirlər görülür”, - deyə idarədən verilən məlumatda bildirilir.

Son xəbərlər