Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:25 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi | 12:21 Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə | 12:12 Qətlə yetirilən 23 yaşlı Gülarə tələbə imiş: Yeni təfərrüat - VİDEO (Yenilənib) | 12:09 Navai Qazaxıstan qalmaqalından sonra məclislərdə iştirak qiymətini kəskin artırdı | 12:00 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar | 11:35 Nazir: "Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar" | 11:31 Bəzi cərimələr 150 faiz artırılır | 23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu |
Mojo.az Avto
Mojo.az Avto

Güclü külək paytaxtda 80 ağacı aşırıb

30.11.2018 13:43 2 568
Güclü külək paytaxtda 80 ağacı aşırıb
Ötən gündən paytaxtda əsən güclü külək nəticəsində paytaxtın müxtəlif istiqamətlərində 80 ağac aşıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, dünən günorta saatlarından bu saata qədər 76 ağacın aşması ilə bağlı məlumat daxil olub:

“Ötən gündən paytaxtın müxtəlif istiqamətlərində güclü külək nəticəsində 80 ağac aşıb. Çoxsaylı budaq qırılmaları qeydə alınıb. Müraciətlər arasında çoxluq, əsasən, Yasamal, Xətai və Nəsimi rayonları ərazisinə düşür. Güclü küləklə əlaqədar bitkilərin mühafizəsi şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ağac aşması faktı ilə müraciət daxil olan bütün ünvanlara gecə saat 05:00 radələrində əməkdaşlar cəlb edilib, yaranan fəsadlar aradan qaldırılıb. Daxil olan müraciətlər əsasında paytaxt ərazilərinin 99 faizi aşan ağaclardan təmizlənib. Ağacların aşması nəticəsində insan tələfatı və avtomobillərə ziyan dəyməyib”.

O.Məmmədov onu da əlavə edib ki, güclü külək hətta sağlam ağacları da aşırıb:

“Ağaclar arasında qurumuş, yaşlı ağaclarla yanaşı, sağlam ağacların olmasını nəzərə alaraq, vətəndaşlara diqqətli olmağı tövsiyə edirik. Hazırda aşma təhlükəsi olan ağaclar nəzarətdə altında saxlanılır. Şəhərin müxtəlif ərazilərinə ehtiyat məqsədilə texnikalar cəlb edilib.

Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.

Son xəbərlər