Babək prospektində işlər yekunlaşır - Fotolar » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:25 Yanacaq nasosunun ömrünü uzatmağın sirləri  |     11:56 Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA  |     11:48 Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti BƏRPA EDİLDİ  |     11:40 Slovakiya Azərbaycandan qaz idxal edəcək  |     11:37 Ucuz qiymətə bahalı səhhət problemləri: "Second hand" geyimlərin gizli təhlükələri və qorunma üsulu  |     11:31 İspaniyada maksimum təhlükə səviyyəsi elan edildi  |     11:26 "Tesla" şirkəti "Cybertruck" pikaplarını geri çağırır  |     11:23 Alimlər çəki artımının yeni mümkün səbəbini açıqladılar  |     11:21 Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədinin adını açıqladı  |     11:19 KİV: Melaniya Tramp Ağ Evə köçmək istəmir  |     11:16 Keçmiş vəkil Elman Paşayevin həbs müddəti uzadılıb  |     11:14 Premyer Liqanın dörd klubu "Mançester Siti"dən təzminat tələb edə bilər  |     11:01 Sabiq prokuror vəfat etdi  |     22:51 Polşa Prezidenti barmağının bir hissəsini itirdi  |     22:21 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat etdi  |     22:01 Ceyhun Bayramov Filemon Yanq ilə Azərbaycan-BMT əməkdaşlığını müzakirə edib  |     21:37 COP29 çərçivəsində Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşri təqdim edilib  |     21:31 Alimlər ilk dəfə Antarktidada kəhrəba tapdı  |     21:27 "Bitcoin"in məzənnəsi 92 min dollara çatdı  |     21:14 Tavuş vilayətində erməni hərbçisinin meyiti tapıldı  |    

Babək prospektində işlər yekunlaşır - Fotolar

Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşır.

Median.Az
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.

Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.

Artıq üfiqi nişanlanma xətləri çəkilir, zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılır.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 243 29.11.18 13:01