Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Ölkəyə qanunsuz yolla dərman preparatı gətirmək istədilər

24.10.2018 13:42 2 989
Ölkəyə qanunsuz yolla dərman preparatı gətirmək istədilər
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatı, qida əlavəsi və tibbi ləvazimatın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Əjdər Kərimov gömrük nəzarətini "yaşıl dəhliz"lə keçərkən saxlanılıb və çantalarının rentgen aparatında yoxlanılması üçün "qırmızı dəhliz"ə yönləndirilib.

Yoxlama nəticəsində çantalarda dərman preparatlarının olduğu müəyyən edilib.

Şifahi sorğu-sual zamanı Əjdər Kərimov İstanbuldan Bakıya tanışı Samir Bağırlı ilə birlikdə gəldiyini, malların sonuncuya məxsus olduğunu bildirib.

Daha sonra gömrük zonasını tərk edən Samir Bağırlının olduğu yer müəyyən edilib və o, baqajının təkrar yoxlanılması üçün geriyə qaytarılıb.

Təkrar yoxlama nəticəsində isə sahibi Samir Bağırlı olan 2 ədəd əl çantasında və 4 ədəd baqajda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, yazılı və ya elektron formada bəyan edilməmiş 137 adda dərman preparatı, qida əlavəsi, tibbi ləvazimat və 35 ədəd eynək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər