Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Ölüm ayağında olsalar, təcili yardım gəlməyəcək – Ünvansız ünvanlar (Video)

16.10.2018 14:30 2 664
Ölüm ayağında olsalar, təcili yardım gəlməyəcək – Ünvansız ünvanlar (Video)
“Biri “Parnik” yolu deyir, o biri beton yolu”

Bakının Binə qəsəbəsində, südçülük sovxozunda bəzi məhəllədaxili ərazilərdə mənzil başına çatmaq üçün sakinlər sözün əsl mənasında əziyyət çəkirlər.

ARB TV xəbər verir ki, xüsusilə yanğın söndürən və Təcili Tibbi Yardım maşınları ərazini tapa bilməyəndə əsl faciə yaşanır.

Manaf Rəhmətov – Sakin: “Burada 40 min millət yaşayır. Ünvan yoxdur. Divarın üstündəki “döngə 20” tablosunu mən yazmışam. O rəsmi ünvan deyil, özüm yapışdırmışam. Bura biri “Parnik” yolu deyir, biri beton yolu deyir. Kimin kefi nə istəyir deyir”.

Sakin: “Təcili yardım maşını gələndə bilmir hara getsin. Çətinlik çəkirik. Əlimizi qaldırırıq ki, filan döngədən dönün”.

Sakin: “Bilmirik, hansı yolla gələk”.

Maraqlıdır, adsız ünvanlarda yaşayan sakinlər kommunal xidmətləri necə ödəyirlər?

Sakin: “Ünvan görünmür, bircə ad, familiya, Xəzər rayonu”.

Sakinlərin yaşadığı evlər və torpaq sahələri bir rayona aiddir, kommunal xidmətlər isə digər rayonların balansına ödənilir. Qısası, Xəzər və Sabunçu rayonları arasında hələ də bölüşdürülə bilməyən ərazilər Abşeronun balansındadır.

Xəzər RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı: “O ərazilər İcra Hakimiyyətinə verilməyib. Bələdiyyəyə verilib ki, inzibati ərazidir. Özümüz də bilmirik ki, haranın balansındadır”.

Ramil Osmanlı – Ekspert: “O yerlər problemli ərazilərdir. Orada 300-dən artıq qanunsuz tikililər var. Problemi aradan qaldırmaq üçün kifayət qədər resurs lazımdır. Onu da heç kim öz üzərinə götürmür”.

Ekspertlərin sözlərinə görə, Sovet dövründən qalma bu problemi Bakı Şəhər İcra Hakimiyyəti çoxdan çözməli idi. Məsələ Əmlak Məsələləri Dövlət Komitəsinə verilsə, bu sahədə müsbət dəyişiklik ola bilər. Həm sakinlərin rahatlığı təmin edilər, həm də qurumların məsuliyyəti bir-birinin üzərinə atmasına son qoyular.

Son xəbərlər