Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Diqqətli olun! Bakıda xarici vətəndaşlardan fırıldaq – VİDEO

13.10.2018 16:40 3 731
Diqqətli olun! Bakıda xarici vətəndaşlardan fırıldaq – VİDEO
Bakıda xaricilərin yeni dələduzluq aludəçiliyi yaranıb.

Median.Az
xəbər verir ki, pakistanlı, qaraçı, gürcü, dağıstanlı və digər millətlərdən olan naməlum şəxslər mağazalarda oğurluq edirlər. Onlar satıcının başını qataraq, müxtəlif üsullarla pul oğurlayırlar.

Belə hadisələrdən biri də Nərimanov rayonunda avtomobillərin ehtiyat hissələri satılan mağazada baş verib. Mağaza sahibi Azər Niyazi Baku.ws-ə bildirib ki, artıq iki dəfədir ki, onun dükanı xaricilərin hədəfi seçilib.

“Birinci dəfə pakistanlı kişi mağazaya girdi. 20 manat dəyərində mal götürdü və mənə 100 manat verdi. Daha sonra həmin malı geri qaytararaq, pulunu istədi. Sonra təkrar həmin malı götürəcəyini bildirdi. Lakin bir anda məni aldadıb, 100 manatı cibinə qoydu. Mən düşündüm ki, 100 manatı almışam. Ona pulun qalığını qaytardı və malı da verdim”, - deyə Azər Niyazi bildirib.

Sonradan dükan sahibi müşahidə kameralarında baxdıqda aldadıldığını görüb.

Ötən gün də anoloji hadisə baş verib. Dağıstanlı qadın mağazaya girib və eyni hərəkətləri təkrarlayıb. Lakin dükan sahibi Azər qadının fırıldağının üstünü açıb. Ondan götürmək istədiyi 100 manatı alıb.


Baş verən hadisənin görüntülərini təqdim edirik:

Son xəbərlər