Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb | 11:13 Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib - Foto | 11:09 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 11:07 Alyona Əliyeva BIAF 2026 Festivalından paylaşım edib - Foto | 11:03 İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Bayrağı Günü ilə bağlı videoçarx paylaşılıb | 23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Diqqət! Ticarət mərkəzləri alıcıları aldadır – VİDEO

03.10.2018 16:27 2 958
Diqqət! Ticarət mərkəzləri alıcıları aldadır – VİDEO
30, 50,70. Bəlkə də bir az irəli getsən 100 faiz olan endirimlə qarşılaşacaqsan. Amma nə olsun. Bu yalnız görüntüdür. İçəri girsən tam başqa mənzərədir. Endirimdən əsər-əlamət yoxdur.

Median.Az
xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Paytaxtımızdakı mağazaların vitrinlərinə baxsaq, müxtəlif endirim elanlarını görərik. Amma əksər mağazalarda hər şey, sadə dillə alıcıya gəl-gəl deməyə hesablanıb. Mağazaya daxil olanda aydın olur ki, əslində endirim 2-3 böyük ölçülü paltara və ya mövsümə uyğun gəlməyən mallara aiddir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə belə münasibət bildirib:

“Endirimlərin mövcudluğunu elektron vasitələrdə saytlarda oxuyurlar istehlakçı zəhmət çəkir gəlir, görür, girir dükana, malı seçir, deyirlər ki bu mala aid deyil endirim. Və yaxud küçədən keçəndə 70-80 faiz endirim görür, gedir malı seçir deyirlər bu mala aid deyil endirim. Bu istahlakçının aldadılmasıdır. Bu istehlakçının hüququnun pozulmasıdır”.

Ekspertlərin sözlərinə görə, mağazaların endirim etməsinin əsas səbəblərindən biri mövsümü keçmiş paltarlardan mümkün qədər tez və qazanclı xilas olmaq və ya yeni dəbli mallar almaq üçün köhnələri daha cəlbedici qiymətə satmaqdır. Amma arqument bu olsa da, bəzən endirim adı ilə istehlakçılar ciddi aldanırlar.

Burada alıcıların diqqətindən qaçan bir məqam var ki, bu da burada gördüyümüz kiçik ə hərfidir. Bəli, bu endirim 70 faiz endirim deyil. 70 faizə qədər olan endirimdir.

Əslində bu cür saxta endirimlər qanunvericiliyə əsasən qadağan olunub. Çünki mağazalarda az sayda endirim olduğu halda mallara 70% endirim yazılması istehlakçını aldatmaq deməkdir.

Mövzu ilə sözügedən mağazalarda çəkiliş etməyimizə icazə vermədilər. Ekspertlər onu da qeyd edir ki, saxta endirimlərə qarşı mübarizənin gücləndirilməsi olduqca vacibdir. Bir sıra MDB ölkələrində, hətta bəzi Mərkəzi və Şərqi Avropa ölkələrində saxta endirimlərə yol verən ticarət mərkəzlərini ciddi maliyyə cərimələri gözləyir.

Son xəbərlər