Mojo.az Banner
12:42 "İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət təqibinə CƏLB OLUNDU  |     12:37 6 gün leysan olacaq - XƏBƏRDARLIQ  |     12:30 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     12:29 Rusiyada güclü zəlzələ oldu  |     12:27 Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı  |     12:27 Bakı-Qəbələ-Bakı qatarı Ucarda dayanacaq  |     12:25 Azərbaycan nefti BAHALAŞDI  |     12:23 Zakir Həsənov Pakistana başsağlığı verib  |     12:22 Kasparova Moskvanın mərkəzindəki elit mənzili satmaq qadağan edildi  |     12:15 Fəvvarədə çimmək ölümlə nəticələnə bilər - Mütəxəssisdən xəbərdarlıq  |     12:14 Nazir: "Azərbaycanda ƏDV hesablarındakı vəsaitlərin istifadəsi genişləndiriləcək"  |     11:56 Bakıda iş saatları dəyişdirilir - Hazırlıq başlayıb  |     11:51 İran səfirindən ABŞ-yə neftin qiyməti ilə bağlı XƏBƏRDARLIQ  |     11:44 Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR  |     11:31 Bəzi rayonlara leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA  |     11:19 Beren Saat, Kenan Doğulu və Enis Arıkan saxlanıldılar - TAM SİYAHI (Yenilənib)  |     11:11 Yaxın Şərqdəki gərginlik fonunda dünya bazarında NEFT BAHALAŞIR  |     23:00 Uşaqları virtual təhlükədən necə qorumaq olar? - VİDEO  |     22:52 Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb"  |     22:48 Bakıda da peyda olmağa başlayır - Qarşınıza çıxsa, dərhal uzaqlaşın  |    
Left Banner
Right Banner

Azərbaycanda 1000-dən çox narkoman anonim müalicə alır - Dəhşətli statistika

28.06.2018 18:38 2 197
Azərbaycanda 1000-dən çox narkoman anonim müalicə alır - Dəhşətli statistika
Azərbaycanda qeydiyyatda olan 30 131 nəfər narkomanın 25 139 nəfəri dispanser qeydiyyatındadır. Narkomanların 4 992 nəfəri profilaktik, 1 031 nəfəri anonim müalicə alır.

Səhiyyə Nazirliyindən azxeber.com-a verilən məlumata görə, narkoman qadınların ümumi sayı 595 nəfərdir. Onların 450 nəfəri dispanser qeydiyyatındadır. Narkomanlar arasında toksikomanların ümumi sayı 212 nəfərdir ki, onların 207 nəfəri dispanser qeydiyyatındadır.

2017-ci il ərzində 2 115 narkoman qeydiyyata götürülüb. Onların 1 566 nəfəri dispanser, 549 nəfəri profilaktik qeydiyyata götürülüb.

2017-ci il ərzində qeydiyyatdan çıxarılan narkomanların ümumi sayı 1 432 nəfərdir. Onların 488 nəfəri dispanser, 944 nəfəri profilaktik qeydiyyatda olub. İnyeksion narkotik istifadəçilərinin sayı 21 038 nəfər təşkil edir. Onlardan 393 nəfəri qadındır.

2018-ci ilin I rübü ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2018-ci ilin I rübü ərzində ekspertizadan cəmi 526 nəfər keçib. Onlardan 372 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2018-ci ilin I rübü ərzində mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 17 nəfər olub.

2018-ci ilin I rübü ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 8 056 nəfər keçib. Onların 1 043 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə edilib.

2018-ci ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində 784 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 253 nəfəri "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 529 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. Digərləri başqa diaqnozlarla stasionar müalicəyə qəbul olunub.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 230 xəstə müalicə alır. Onların 179 nəfəri dan RNM-də , 51 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzində müalicə alır.

2018-ci ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində müayinədən 615 nəfər keçib.скачать dle 11.3
Mojo.az Banner