Xalq artisti Ramiz Məlik Məleykə Əsədova ilə məhkəmə prosesindən danışıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:53 Bakıda avtomobil körpəni vuraraq öldürüb  |     11:53 Şimşək çaxıb, yağış yağıb  |     11:52 Bir neçə saata Kamala Harris üçün 46.7 milyon dollar ianə toplanıb  |     11:50 Ən faydalı dondurmanı necə seçmək olar? - Nutrisioloqdan məsləhət  |     11:47 Şolts 1980-ci illərdə istehsal edilmiş televizordan istifadə edir  |     11:43 Ronaldu sevgilisi ilə çimərlik fotosunu paylaşdı - FOTO  |     11:25 NATO 500 mindən çox hərbçini yüksək hazırlıq vəziyyətinə gətirib  |     11:16 Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının 149 yaşı tamam olur  |     11:12 Bu il bəzi ixtisaslar üzrə rəqabət yüksək olacaq - VİDEO  |     11:08 Rusiyada uşaq düşərgəsində epidemiya: Zəhərlənənlərin sayı 40 nəfərə çatıb  |     23:08 Evləri külə dönən ailə 16 gündür çöldə gecələyir  |     22:28 Bakının mərkəzində kişinin başı kəsildi - Hadisə baş verən yerdən GÖRÜNTÜLƏR  |     22:04 "Yuventus"un əfsanəsi məhkəmə qarşısına çıxacaq: Ciddi İTTİHAMLAR  |     21:56 Azərbaycanda arvadı evdən gedən kişi canına qəsd etdi  |     21:45 Türkiyədə daha bir hava limanı açılır  |     21:41 Tələbələrin nəzərinə: Bütün əməliyyatlar tək kartla həyata keçiriləcək  |     21:32 Türkiyədə meşə yanğını başlayıb  |     21:24 NATO ölkələrinə haker hücumu: Saxlanılanlar var  |     21:08 Qarabağ qazisi ilə Abel Məhərrəmovla bağlı Ali Məhkəməyə müraciət edəcək  |     20:50 Ermənistanda partlayış: Ölən var  |    

Xalq artisti Ramiz Məlik Məleykə Əsədova ilə məhkəmə prosesindən danışıb

Aktyor axşam.az-a açıqlamasında bildirib ki, qətnamə hələ verilməyib, əldə etdikdən sonra cavab verəcək:

“Qətnaməni oxuyum, sonra fikir bildirəcəm. Əgər min manat ödəmək lazımdırsa, ödəyəcəm. Amma bütöv yox, az-az… Maaşa baxan adamam, evimdə üç xəstə var. Mənim onu bütöv ödəməyə imkanım yoxdur. Onun kimi xarici ölkələrdə, bahalı yerlərdə gəzə bilmirəm. Heç bağa dincəlməyə gedə bilmirəm.

Təkzibə gəlkdikdə isə… Dəfələrlə barışığa səslədim, razılaşmadı. Hətta saytlardan birində üzr də istədim. Buna görə hamı məni qınadı. 300 min təzminat istəyib, Azərbaycanda bu qədər təzminat olub? Sosial şəbəkədə bir şəkil qoyanda hamı yüzlərlə tənqid yazır. Niyə onları məhkəməyə vermirlər?”

R.Məlik özünün də M.Əsədovanı məhkəməyə verməsindən danışıb:

“Bu haqda hələ heç bir nəticədən xəbərim yoxdur. Ailəmi zəng vurub təhqir edib, hədələyib. Mən də məhkəmədə ondan tələbimi edəcəm. Əgər apellyasiya qərarı ilə razılaşmasam, Ali məhkəməyə verəcəm”.

Qeyd edək ki, M.Əsədova həmkarı R.Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib. O, Nəsimi Rayon Məhkəməsinə müraciət edərək həmkarından 200 min manat məbləğində təzminat istəyib.

R.Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 185 15.05.18 13:25