348 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub - VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:22 Ətin qiymətindəki artımın səbəbi nədir? - VİDEO  |     12:20 Sabirabadda müəmmalı ÖLÜM: İntihar edən qadının əri özünü zəhərlədi  |     12:19 Bakı bulvarında dənizə yıxılan qadın xilas edildi - VİDEO  |     12:14 Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi  |     11:54 Polis məmuru atəş açan şəxsi Trampa sui-qəsd cəhdindən bir neçə dəqiqə əvvəl görüb  |     11:51 Azərbaycanda benzin ucuzlaşdı - QİYMƏT  |     11:48 Sumqayıtda 21 yaşlı gənc dənizdə batdı  |     11:38 Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olunub  |     22:33 Belə qarpızları almayın! - Zəhərli qarpızı necə ayırd edək?  |     22:26 ADY tələbləri pozduğu üçün bu qədər cərimələndi - ŞOK RƏQƏM  |     22:20 İnsanların Marsa ilk səfəri nə qədər davam edəcək?  |     22:13 Dünyada ilk ölkə olacaq: Pilotsuz təyyarələr lazer silahı ilə vurulacaq  |     22:06 Şirin yemiş seçmək üçün MARAQLI ÜSUL  |     21:59 Miqrantlar Rusiyadan bu qanun pozuntularına görə də qovulacaqlar  |     21:51 Hər gün xiyar yemək üçün 7 ƏSAS SƏBƏB  |     21:43 ÜST-dən qorxulu xəbərdarlıq... Kabus geri dönür...  |     21:38 871-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |     21:29 Trampa "Facebook" və "Instagram"dan istifadə etməyə icazə veriləcək  |     21:24 Rusiya Xarkov vilayətini atəşə tutub, ölənlər və yaralananlar var  |     21:16 28 kilo arıqlayan Elzanın son halı - FOTO  |    

348 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub - VIDEO

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 24-də Əlahiddə Çevik Polis Alayında DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 518 iddiaçının arasından daha hazırlıqlı olan 348 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cİlham Əliyevin mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tapşırıqlarını xatırladan nazir bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib.

General-polkovnik Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək onlara öz tələb və tövsiyələrini verib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 405 24.03.18 17:40