Bu gün "Azerspace-2” telekommunikasiya peykinin 30 aprel 2018-ci il tarixində orbitə buraxılması ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində yayılmış xəbər həqiqəti əks etdirmir.
Median.az xəbər verir ki, bu barədə "Azərkosmos" ASC-nin rəsmi saytı məlumat yayıb.
"Hazırda peykin orbitə buraxılmasının dəqiq tarixi "Arianespace” daşıyıcı-raket şirkəti ilə müəyyən olunmaq mərhələsindədir. Dəqiq tarix bəlli olan zaman bu barədə şirkətimiz tərəfindən kütləvi informasiya vasitələrinə rəsmi bəyanat veriləcək" deyə qurumun açıqlamasında bilirilir./Qaynarinfo