Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Şirvanda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB - SİYAHI

13.03.2018 12:13 5 642
Şirvanda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların adları məlum olub - YENİLƏNİB - SİYAHI
Şirvan şəhərində qəzaya düşən sərnişin mikroavtobusunda xəsarət alanların adı məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, qəza zamanı mikroavtobusda sürücü ilə birlikdə 11 nəfər olub. Onlardan 5 nəfər - Xankişiyeva Tünzalə Adil qızı, Əliyeva Lətafət Şahüseyn qızı, Dadaşova Şərqiyyə Əbil qızı, Vəliyeva Gülüstan Fazil qızı və Mirzəyeva Sevda Xudaverdi qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlar Sabirabad rayon sakinləridir.

***

Şirvan şəhərində sərnişin mikroavtobusu "KamAZ" markalı yük maşını ilə toqquşub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şirvan-Salyan avtomobil yolunda, dəmiryolu tunelindən 200 metr məsafədə qeydə alınıb.

Belə ki, “Şirvan oil”ə məxsus mikroavtobusun qəzaya düşməsi nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan "Report"a verilən məlumata görə, həmin vətəndaşlar ambulator müayinəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər