Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın ucqar kənd müəllimi: “Onların belə olması adamı dəhşətə gətirir…”

14.02.2018 12:27 3 566
Azərbaycanın ucqar kənd müəllimi: “Onların belə olması adamı dəhşətə gətirir…”
“Hazırda işlədiyim kənddə məni ən çox üzən və dəhşətə gətirən şey qızların kiçik yaşlardan tez ailə qurmağa meyilli olmaları, uşaq kim yox, qadın psixologiyası ilə böyümələridir. Görünüşlərindən, geyimlərindən elə bilirsən 22, 23 yaşlı qızlardır”.

Bu sözləri Quba rayonunun Möhücə kənd məktəbinin gənc müəllimi Gülşən Yolçubəyov qeyd edib.

Müəllim bildirib ki, 8, 9, 10-cu siniflərdəki nişanlı qızları gördükcə ürəyi parçalanır: “Mən məktəbə bot geyindiyim halda, şagirdlərim kablokda gəlirlər. Tanıyan olmasa, elə bilərlər onlar müəllim, mən şagirdəm. Tənəffüslərdə 9-cu sinifdə oxuyan qızların bir-birinə “evdəqalmış ifritə”-deyə müraciət etməsi, oğlanların bir-biriylə “mənim bacım köçəndə mən ağlamayacağam”-deyib mərcə girməsi, ümumiyyətlə, uşaqdan böyüyə hər kəsin ağlında yalnız evliliyin olması adamı dəhşətə gətirir. 8, 9, 10-cu siniflərdəki nişanlı qızları gördükcə ürəyim parçalanır. Heç olmasa, digərlərinə təsir edib, gözlərini açmaq üçün hər dərs demək olar ki, 10- 15 dəqiqə bu mövzu üzrə söhbət aparıram. Danışdığım zaman isə nişanlı qızların qızararaq başlarını aşağı salıb üzümə baxmamaları isə bir başqa cür üzür”.

Gülşən Yolçubəyovun sözlərinə görə, hazırda onlara bilik verməkdən çox, psixologiyalarına təsir edib fərqli yöndə düşünməyə təhrik etmək üçün bütün gücü ilə çalışır: “Çox təəssüf ki, yuxarı siniflərdə oxuyan qızlara təsir etmək elə də asan deyil. Ağıllarında yalnız bir şey var: “Filankəs nişanlandı, mən qaldım”. Məqsədləri də geyinib-keçinib, bəzənib özlərini elçilərə bəyəndirməkdir. Onları belə gördükcə o qədər pis oluram ki, bütün günü ağlımdan çıxara bilmirəm”.//minval.info

Son xəbərlər