Azərbaycanda 37 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:49 Bakı-Sumqayıt yolunda maşın ağaca çırpılıb, iki nəfər ölüb - VİDEO  |     16:31 Bu müəllimlərin də maaşı ARTACAQ  |     16:14 Azyaşlı uşağın əli ətçəkən maşında qaldı - FOTO  |     16:07 Bakıda maskalı şəxs terminaldan oğurluq etdi - VİDEO  |     15:59 İşlənmiş avtomobil yağlarını atmayın - SƏBƏB (VİDEO)  |     15:52 Rihannanın brendi Paris Olimpiadasına sponsorluq edəcək  |     15:48 Dərman və tibb vasitələrinin dövlət qeydiyyatına alınması qaydası təsdiq edildi  |     15:17 Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?  |     15:12 Bakının iki küçəsində məhdudiyyət: Biri iki, digəri dörd gün bağlı olacaq  |     15:10 Qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir edib?  |     14:25 Azərbaycanlı müğənni ağır xəstəlikdən əziyyət çəkir  |     13:51 Saatlıda avtomobil piyadanı vuraraq öldürüb  |     13:34 Bakıda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb  |     13:22 Sabah bəzi yerlərdə yağış yağacaq  |     12:54 Azərbaycanlı jurnalistin sualı Makronu çətin duruma saldı – VİDEO  |     12:49 Qlobal texniki nasazlıq: Dünyanın bir çox nöqtəsində hava limanları fəaliyyətini dayandırdı  |     12:22 "Range Rover" əvvəl ağaca, sonra mağazaya çırpıldı: Xəsarət alanlar var - VİDEO  |     12:17 Xankəndiyə marşrut xətti açılır  |     12:14 Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir? (AÇIQLAMA)  |     12:13 Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi  |    

Azərbaycanda 37 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib

Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2017-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılıb.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2017-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilibş, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub. Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilmişdirib.

Kollegiya iclasında qeyd edilib ki, 2017-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilədərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb.

Hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, ölkədə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 780 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etməsi, eləcə də 60 ştat vahidi üzrə elan edilmişnövbətiqəbul üzrəcari il ərzində vakantvəzifələrətəyinatlarınaparılacağı prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 037 27.01.18 16:18