Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü | 12:11 İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü | 12:11 Azərbaycan nefti ucuzlaşıb | 12:09 Astarada evdə dava: Gəlin qayınanasını döydü | 12:03 Bakıda nasosxanaya görə yol bağlanacaq - Foto | 12:00 UEFA Çempionlar Liqası: Bu gecə "Fənərbağça" və "Sabah" meydana çıxır | 11:56 Polşa prezidentinə qarşı cinayət işi başladıldı |
Mojo.az Avto
Mojo.az Avto

Xəstələrin apteklərə qaytardığı dərmanlar məhv edilməlidir! - YENİ TƏLƏBLƏR təsdiqləndi

26.01.2018 18:38 3 666
Xəstələrin apteklərə qaytardığı dərmanlar məhv edilməlidir! - YENİ TƏLƏBLƏR təsdiqləndi
Səhiyyə Nazirliyinin Kollegiyası "Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər"i təsdiq edib.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, dərman vasitələrinin daşınmasına və saxlanmasına dair tələblər Azərbaycan Respublikasında dərman vasitələrinin saxlanmasını, daşınmasını və paylanmasını həyata keçirən əczaçılıq müəssisələrinə şamil edilir. Bu tələblər Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü il tarixli 908 saylı texniki hesabatının 9-cu əlavəsinə əsasən hazırlanıb.

Geri çağırılmış məhsullar da daxil olmaqla qaytarılmış məhsullar təsdiq edilmiş prosedurlara əsasən idarə edilməli və aparılmış qeydlər qorunub saxlanmalıdır. Xüsusi saxlanma şəraitləri tələb edən dərman vasitələrinə dair müvafiq saxlanma təlimatları olmalıdır. Əgər hər hansı göstəriş yoxdursa (məs. daima soyuq zəncir saxlanmalı) təyin olunan şəraitdən kənaraçıxmaya yalnız qısa müddətli daşınma zamanı yol verilir.

Bütün qaytarılmış məhsullar karantində saxlanmalı və yalnız təyin olunmuş cavabdeh şəxsin məhsulun keyfiyyəti barədə müsbət qiymətləndirməsindən sonra satış üçün nəzərdə tutulan məhsullarla eyni sahəyə yerləşdirilməlidir.

Ehtiyatda olan geri qaytarılmış hər hansı məhsul fərqləndirilməli və bu barədə qeydlər aparılmalıdır. Xəstələr tərəfindən apteklərə qaytarılmış dərman vasitələri anbarlara təhvil verilərkən digər məhsullarla qarışdırılmamalı və məhv edilməlidir.

Son xəbərlər