Metroda relslərin üstünə tullanıb tunellə qaçan gənclə bağlı şok məlumatlar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:31 Bu müəllimlərin də maaşı ARTACAQ  |     16:14 Azyaşlı uşağın əli ətçəkən maşında qaldı - FOTO  |     16:07 Bakıda maskalı şəxs terminaldan oğurluq etdi - VİDEO  |     15:59 İşlənmiş avtomobil yağlarını atmayın - SƏBƏB (VİDEO)  |     15:52 Rihannanın brendi Paris Olimpiadasına sponsorluq edəcək  |     15:48 Dərman və tibb vasitələrinin dövlət qeydiyyatına alınması qaydası təsdiq edildi  |     15:17 Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?  |     15:12 Bakının iki küçəsində məhdudiyyət: Biri iki, digəri dörd gün bağlı olacaq  |     15:10 Qlobal nasazlıq Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir edib?  |     14:25 Azərbaycanlı müğənni ağır xəstəlikdən əziyyət çəkir  |     13:51 Saatlıda avtomobil piyadanı vuraraq öldürüb  |     13:34 Bakıda istintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb  |     13:22 Sabah bəzi yerlərdə yağış yağacaq  |     12:54 Azərbaycanlı jurnalistin sualı Makronu çətin duruma saldı – VİDEO  |     12:49 Qlobal texniki nasazlıq: Dünyanın bir çox nöqtəsində hava limanları fəaliyyətini dayandırdı  |     12:22 "Range Rover" əvvəl ağaca, sonra mağazaya çırpıldı: Xəsarət alanlar var - VİDEO  |     12:17 Xankəndiyə marşrut xətti açılır  |     12:14 Bulvarda sökülən attraksionların yerinə niyə yeniləri gətirilmir? (AÇIQLAMA)  |     12:13 Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi  |     12:11 Ermənistanda təyyarə qəzaya uğradı: Ekipaj üzvləri öldülər  |    

Metroda relslərin üstünə tullanıb tunellə qaçan gənclə bağlı şok məlumatlar - VİDEO

Ötən gün Bakı metrosunun "İnşaatçılar” stansiyasında özünü relslərin üstünə ataraq "Elmlər Akademiyası" istiqamətinə qaçmağa başlayan gənclə bağlı yeni məlumatlar üzə çıxıb.

Median.Az-in bakupost-a istinadən verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan indiyədək bir neçə dəfə intihara cəhd edib. Sonuncu belə hadisə yanvarın 20-də yaşanıb. Belə ki, Tamerlan Ələsgərov həmin gün özünü Xırdalan şəhərində 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib. 
Yaxınlarının dediyinə görə, T.Ələsgərov bu yolla yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz edib. İntihara cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb. 

Yaxınları iddia edir ki, T. Ələsgərov bundan 5 gün sonra yenidən intihara cəhd etmək qərarına gəlib. Bu dəfə isə o, ölmək üçün bina damını yox, yerin altını – metronu seçib. 

Gəncin yaxınlarınən sözlərinə görə, əgər Tamerlan Ələsgərov təcrid olunmasa və psixoloji reabilitasiya tədbirləri görülməsə, yaxın gələcəkdə bir daha özünü öldürmək istəyə bilər. Tanışları T. Ələsgərovun özünü öldürməyə cəhd etməsinin videosunu da saytımıza göndərib. Həmin görüntüləri təqdim edirik: 

Xatırladaq ki, yanvarın 25-i axşam saat 18:50 radələrində bir nəfər "İnşaatçılar" stansiyasında platformadan özünü qatar yoluna ataraq relslərin üzəri ilə metronun "Elmlər Akademiyası" istiqamətinə qaçmağa başlayıb. Dərhal stansiya işçiləri relslərdəki gərginliyi dayandırıb və polis əməkdaşları ilə birlikdə həmin şəxsin axtarışlarına başlayıb. Həmin şəxs saxlanılıb və məlum olub ki, o, Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan Rövşən oğludur. "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəzimi Paşayev hadisənin intihara cəhd olmadığı barədə açıqlama vermişdi. скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 558 26.01.18 16:58