ANA FƏRYADI: “Uşağın məktəbə geyinməyə gödəkcəsi, ayaqqabısı yoxdu” – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

ANA FƏRYADI: “Uşağın məktəbə geyinməyə gödəkcəsi, ayaqqabısı yoxdu” – VİDEO

Girzan kəndi! Rayon mərkəzindən təxminən 15 kilometr aralı olan bu kəndə bizi aparan Əjdərovlar ailəsinin sorağı oldu. Kənddə hər kəs bu ailəni tanıyır. Həyat şəraitlərinin ağır olduğu deyilən Əjdərovlar həqiqətən də çətin vəziyyətdə yaşayırlar. Evləri köhnə, təmirsiz və soyuqdur. Qızdırmaq çətindir bu tikilini.

Median.Az
xəbər verir ki, Əjdərov Məhəmməd ailənin başçısıdır. Məhəmmədgil ailədə 11 övladdırlar. Yəni özündən başqa 10 bacı-qardaşı var. Onlardan 8-i qız, 3-ü oğlandır. Qardaşları ailə qurub öz evlərində yaşayırlar. Bacılarının 6-sı ailəlidir, 2-si isə ruhi xəstəlikdən əziyyət çəkir. Məhəmmədin ata-anası illər öncə vəfat ediblər. Məhəmmədin öz ailəsi 6 nəfərdən ibarətdir. 4 övladı – 1 qız, 3 oğlan, həyat yoldaşı Xəyalə və özü. Ancaq ruhi xəstəlikdən əziyyət çəkən 2 bacısı da onlarla yaşadığı üçün ailədə 8 nəfərdirlər.

Məhəmmədin dediyinə görə, təhsili olmadığı üçün kənddə fəhləlik etməklə çörək pulu qazanır. Əvvəllər istənilən ağır işə gedə bilsə də, sonradan mədəsində yaranan xəstəlik səbəbindən həkim ona ağır fiziki işlər görməyi qadağan edib. İndi o, ancaq yüngül işlərlə məşğul ola bilir. Belə işlər də kənd yerində çox az olur. Vəziyyəti ağır olan Əjdərovlar ailəsi bəzən çörək almağa belə pul tapmırlar: “Əvvəl işləyə bilirdim, qolum tuturdu. Təzəlikcə başladı ağrılar, getdim həkimə mədədə yaranın olduğunu dedilər. Sonra işləyə bilmədim. Ağır işə gedə bilmirəm, kiməsə kömək edirəm, 5-10 manat verir. Ağrı getdikcə çoxaldığı üçün çox işə gedə bilmirəm. Azərbaycan xalqından kömək istəyirəm”.

Məhəmməd bacı-qardaşlarının da maddi vəziyyətlərinin yaxşı olmadığını deyir. Təsərrüfat üçün torpaq sahəsi də azdır. Övladlarından böyüyü – 12 yaşlı Vüsal məktəbə gedir. Qohum-əqrəbanın gücü hərdən uşaqlara geyilmiş paltar verməyə çatır. Uşaqlardan birinin 7, digərinin 4, sonuncusunun isə 2 yaşı var. Məhəmməd deyir, yüngül işi də yoxdur ki, qazanıb gətirib dolandırsın uşaqları: “Qışın günüdür, iş yoxdur. Hamısı ağlayır, axşam olanda dördü də mədəsini qucaqlayır. Özümün də mədəm ağrayır”.

Yaşadıqları evin vəziyyəti çox acınacaqlıdır. Zirzəmidəki siçovulların döşəməsi deşik-deşik olan otağa girib uşaqlara xəsarət yetirdiyi hallar da az olmayıb. Divarlar isə çat-çatdır bu evdə. Evi bir təhər topladıqları odun qırıqları ilə qızdırmağa çalışırlar.

Məhəmmədin ruhi xəstəlikdən əziyyət çəkən bacıları 2-ci qrup əlildirlər. Onların hər biri 55 manat təqaüd alır. Ailədən bildirirlər ki, qızların təqaüdləri onların dərmanlarına xərclənir. Məhəmməd deyir ki, əvvəllər ailəsi 160 manat sosial yardım alırdı, bu da müəyyən qədər onların yaşayışına dəstək olurdu. Lakin 5 ay əvvəl yardımın kəsilməsi ailəni daha da çətin vəziyyətə salıb.

Məhəmmədin həyat yoldaşı Xəyalə Əjdərova da uşaqlarına görə narahatdır: “Neçə dəfə icra hakimiyyətinə getmişik, Qənirə xanıma yazmışam, o da yazıb ki, bu ailəyə kömək olunsun, elə də qalır, eləcə get-gələ salırlar. Allah haqqı dolana bilmirik. Üç əsgər böyüdürəm, bilmirəm necə edim”.

Uşaqlardan biri, Vüsal məktəbə gedir. Ana fəryad edir ki, uşağının məktəbə geyinməyə nə isti ayaqqabısı, nə də gödəkcəsi var. Oğlana məktəbdə lağ etmələrindən ana göz yaşları içində danışır: “Heç kim də kömək eləmir. Televizoru da bir qohumum verib ki, uşaqlar cizgi filminə baxsınlar, başları qarışsın, yemək istəməsinlər. Hər kəsdən kömək istəyirəm”.

Vüsalın da həmyaşıdları kimi arzuları var gələcəyi ilə bağlı. Bu yaşında onun simasında yaşantılarından dolayı təbəssüm yoxdur. O da yoxluğun nə olduğunu başa düşür artıq. Məktəbə geyinməyə fəslə uyğun geyimi belə yoxdur bu balanın. İncidir bütün bunlar Vüsalı. Azyaşlı Vüsal deyir ki, o, oxumağa həvəslidir. Böyüyəndə polis olmaq istəyir. Arzularına çatması üçün bu gün bu balaya dəstək olmaq lazımdır.

Ailənin durumu ilə bağlı Girzan kəndinin daxil olduğu Hunanlar inzibati dairəsi üzrə nümayəndə Sakit Məmmədovla görüşdük. Bildirdi ki, Əjdərovlar ailəsinin maddi vəziyyətinin ağır olması barədə məlumatları var. Deyir, bacardıqları qədər həmin ailəyə kömək edirlər. O ki qaldı sosial müavinətlərin kəsilməsinə, Sakit Məmmədov bunun əvəzində ailəyə iribuynuzlu heyvan veriləcəyini bildirir. Həmsöhbətimiz Məhəmməd Əjdərovun da adının heyvan almaq istəyənlər siyahısında olduğunu deyir.

Hələlik isə ortada olan vəziyyət bizim sizə göstərdiklərimizdən ibarətdir, hörmətli tamaşaçılar. Sizin bu verilişi izlədiyiniz anlarda da Məhəmməd və həyat yoldaşı Xəyalə günü nə ilə başa vuracaqları, sabah uşaqlara bir qarın yemək və isti geyim haqda daha hansı nağılları uyduracaqlarını və nələr vəd edəcəklərini düşünürlər. Gəlin hamılıqla Əjdərovlar ailəsini nəhayət ki, bu daimi düşüncələrdən xilas edək. Qoy bu ailədə də valideynlər yalnız bu günü düşünmək dərdindən xilas olub övladlarının xoş gələcəyi, övladlar isə sadəcə sabahın dərsləri barədə düşünsünlər…

İzlədiyiniz bu ailəyə yardım etmək üçün əlaqə nömrəsi: 051 383 62 16 –Əjdərov Məhəmmədскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 484 25.01.18 11:28