Əflatun Amaşov hansı saytlara dövlətdən maliyyə ayrılacağını açıqladı – ŞƏRTLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Əflatun Amaşov hansı saytlara dövlətdən maliyyə ayrılacağını açıqladı – ŞƏRTLƏR

“İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir.  Saytlar da klassik Kütləvi İnformasiya Vasiələri (KİV)  kimi dövlət tərəfindən maliyyələşməlidir. Çünki hüquqi baxımdan internet üzərindən yayımlanan xəbər portalları da Kütləvi İnformasiya Vasiələri hesab olunurlar. Eyni zamanda, praktiki baxımdan hazırda ictimai fikir formalaşdırmaq missiyası daha çox xəbər portallarının üzərinə düşür.  Beynəlxaql təcrübə də onun göstərir ki, ictimai fikir daha çox xəbər portalları vasitəsilə formalaşır.
Belə bir məqamda Azərbaycanda fəaliyyət göstərən həmin portallar dövlət tərəfindən maliyyələşməlidir”.

Median.Az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az saytına açıqlamasında deyib.

Mətbuat Şurasının sədri bildirib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi ona görə aparılmalıdır ki, reklam bazarının tam formalaşmadığı bir zamanda  həmin xəbər portalları özlərinin müstəqilliyini saxlaya bilsinlər.

“Həmin portalların maliyyə imkanları yoxdursa, bu və ya digər mənada özlərinin müstəqilliyini itirə bilərlər.  Ayrı-ayrı şəxslər, məmurlar xəbər portalları ilə bağlı daha asan “əməkdaşlıq” edə bilər. Bütün bunlar da həmin şəxslər və məmurlarla bağlı baş verən olayların qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılmasını təmin etmiş olar.  Digər tərəfdən, həmin xəbər saytları Azərbaycanı sevməyən başqa güc mərkəzləri ilə də əlaqədə ola bilər. İndiki şəraitdə əlbəttə ki, bunlar arzuolunmazdır.  Bütün bu problemləri aradan qaldırmaq üçün mütləq xəbər portallarını dövlət maliyyələşdirməlidir. Nə zaman ki, onlar reklam vasitəsilə öz müstəqilliklərini təmin edə biləcəklər, ondan sonra həmin xəbər portalları öz gəlirləri hesabına fəaliyyətlərini qura bilər. Mən  bir neçə dəfə də parlamentdə bu barədə məsələ qaldırmışam. Məsələ hazırda gündəmdədir”.

Ə.Amaşovun sözlərinə görə, hansı xəbər saytlarına maliyyə ayrılması ilə bağlı bəzi prinsiplər müəyyən edilib.

“İndi saytlar çoxdur. Ancaq elə saytlar var ki, hüquqi şəxs kimi fəaliyyət göstərmir, qanunvericilikdə nəzərdə tutulan müvafiq icbari öhdəlikləri yerinə yetirmirlər. Bəzən bir internet media orqanında rekvizitlər qeyd edilmir. Hansısa oxucu maraqlanır, ancaq həmin saytın rəhbərliyi barədə məlumat əldə edə bilmir. Təbii ki, belə saytlara dövlət dəstəyi şamil edilə bilməz.  Azərbaycanla bağlı həqiqətləri ölkədən kənarda yayan, ölkəmizi sevməyən qüvvələrə qarşı mübarizə aparan və ölkə daxilində xüsusi çəkisi olan,  ictimai fikri formalaşdırmaqda rolu olan bütün saytlar dövlət tərəfindən maliyyələşə bilərlər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 736 17.01.18 18:03