Azərbaycanda təhlükəli uşaq qidaları satılır? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:20 Bakıda evdən çürümüş meyit tapılıb  |     19:58 Azərbaycan atleti İspaniyada medal qazandı  |     19:37 Fransa daha bir ölkədən öz hərbi kontingentini çıxardı  |     19:15 Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi: Ölən və yaralı var  |     17:48 Tramp alış siyahısına Kuba, Tayvan və Şimali Koreyanı əlavə edə bilər  |     17:34 Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə prokurorluq araşdırmaya başladı  |     17:16 Restoranda dava: Kababçı müştərini döydü  |     15:13 General ekspertizadan imtina etdi - Həbsdə qaldı  |     15:06 Siyəzəndə polisin əməliyyatları zamanı dörd nəfər saxlanılıb - VİDEO  |     14:56 Şəhid anası yenidən məktəb direktoru oldu  |     14:34 "Barselona" Raşford uğrunda yarışa qatılıb  |     14:29 Binəqədidə yolun ortasından NEFT ÇIXIR - VİDEO  |     14:26 Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır  |     14:24 Hacıqabulda polis 4 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb  |     13:36 BŞİH: Yasamalda daha bir park salınır  |     13:29 Rusiyanın üç şəhərində hava limanları fəaliyyətini dayandırdı  |     13:16 Bazar gününün havası açıqlandı  |     13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |    

Azərbaycanda təhlükəli uşaq qidaları satılır? – VİDEO

Fransada “Lactalis” tərəfindən istehsal edilən uşaq qidalarında salmonella bakteriyası aşkar edilib. Şirkətin baş katibi Emmanuel Besnier “Le Journal du Dimanche”ə danışarkən qeyd edib ki, məhsullar dünyanın 83 ölkəsində satılır.

Qeyd edək ki, bu məhsulların Azərbaycanda da satıldığı ehtimal edilir.

Məsələ ilə bağlı Eyyub Hüseynov bildirib ki, həmin uşaq qidası ölkəmizdə də satıla bilər:

“İstisna olunmur ki, həmin məhsul Azərbaycanda satıla bilər. Vətəndaşlar həmin məhsulu almaqdan çəkinməlidir. Ümumiyyətlə, qida distribüterləri pediatrla əlbirdir, hətta doğum evlərində yeni doğulan uşağın ailəsi ilə əlaqə saxlayıb, süni qidalar təbliğ edirlər. Körpə qidaları həkim təyinatı əsasında alınır, həmin həkimlər bu şirkətlə əməkdaşlıq edirsə, onu məsləhət görür.

Həmin məhsullardan almamağa çalışmalıyıq. İqtisadiyyat Nazirliyi və Səhiyyə Nazirliyinə müraciət olunmalıdır.

“Lactalis” məhsullarını ölkəmizdə distribüteri olan “Lactalis Caspi”dən oxu.az-a bildiriblər ki, ölkəmizdə bu şirkətin istehsal etdiyi uşaq qidaları satılmır: 

“Biz süd məhsullarının satışını həyata keçiririk. Məsələ ilə bağlı Nazirlər Kabinetindən bizə müraciət edilib. Qeyd etmək istəyirik ki, şirkətin istehsal etdiyi uşaq qidaları 2013-cü ildən bəri ölkəmizə bizim tərəfimizdən gətirilməyib. Ümumiyyətlə, “Lactalis” tanıdığı distribüterlərə məhsullarını satır, lakin kimsə xaricdən alıb ölkəyə gətirirsə, biz ona cavabdeh ola bilmərik”. 

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev Oxu.Az-a bildirib ki, əgər “Lactalis” tərəfindən istehsal edilən uşaq qidaları ölkəmizdə satılırsa, bunun qarşısı təcili alınmalıdır.

İstənilən qidanın hazırlanması texnologiyası düzgün aparılmayıbsa, bakteriyaya yoluxma baş verə bilər:

“Azərbaycanda “Lactalis” tərəfindən istehsal edilən uşaq qidalarının satışı ilə bağlı məlumatımız yoxdur”.

“Baş pediatr uşaq qidaları ilə bağlı valideynlərə də müraciət edib:

“Uşaqlar ana südü ilə qidalanmalıdır. Əgər ana öz uşağını süni qida ilə qidalandırırsa, o, uşağı təhlükəyə atır”.
Daha ətraflı videdomaterialı təqdim edirik:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 669 15.01.18 18:34