Avtomobillərin evakuasiyasından yığılan pullardan kimlər xeyir götürür? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

Avtomobillərin evakuasiyasından yığılan pullardan kimlər xeyir götürür? - VİDEO

Bu gün Lider TV-də yayımlanan “Status” verilişində Bakıda fəaliyyət göstərən evakuatorlarla bağlı maraqlı məqama toxunulub.

Mövzusu “parkinq mədəniyyəti və evakuatorlar” olan verilişdəki qonaq, aparıcı Teymur Əliyev evakuatorlardan yığılan pulların büdcəyə heç bir xeyir vermədiyini bildirib. O, ötən illə bağlı Hesablama Palatasının rəsmi rəqəmlərinin də kifayət qədər maraq doğurduğunu qeyd edib.

T. Əliyev bu xidmətin ümümiyyətlə lazım olmadığını hesab etdiyini deyib:

“Evakuatorlar Dövlət Yol Polisinə məxsusdur? Əgər belədirsə, bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Hesablama Palatasının 2016-ci il üçün hazırladığı illik hesabatında göstərilib ki, son bir il ərzində evakuasiya xidməti nəticəsində dövlət büdcəsinə köçürülən məbləğin həcmi 42 min 80 manatdır. Mən bu rəqəmi görəndə şoka düşmüşdüm. Bu, 2104 maşının cərimələnməsi deməkdir. Burada böyük sual yaranır. Əgər evakuasiya xidməti nəticəsində büdcəyə də xeyir gəlmirsə, kimə xeyir gəlir və nəyə lazımdır? Ondansa, düzgün parkinq etməyən sürücülərin hamısını 20 AZN cərimələsinlər. O 20 manatlar da bank hesabı ilə büdcəyə köçürüləcək. Biz də heç olmasa biləcəyik ki, bu cərimələrin nəticəsində polislərin, müəllimlərin maaşı artırılıb. Yəqin ki fikir vermisiniz ki, evakuatorun haqqını qeyri-nəğd şəkildə ödəmək mümkün deyil”.

Verilişin digər qonağı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə suallara belə cavab verib: “Mən də Dövlət Yol Polisi olaraq hesab edirəm ki, evakuator avtomobilləri ləğv edilməlidir: Amma əgər vətəndaş özünü haqlı sayaraq iki saatdan artıq yolun hərəkət hissəsində avtomobilini saxlayır və “cəriməsini ödəyərəm” fikiri ilə məsələyə yanaşırsa, deməli hələ də evakuator xidməti ləğv edilə bilməz”./baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 516 09.01.18 12:44