“Hotiç”də şok “endirim”: 300 manata satılan ayaqqabı, endirimlə 370 manata - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

“Hotiç”də şok “endirim”: 300 manata satılan ayaqqabı, endirimlə 370 manata - FOTO

Paytaxtın Bülbül prospektində yerləşən “Hotiç” ayaqqabı dükanı müştəriləri aldadır.

Qaynarinfo xəbər verir ki, bu barədə paytaxt sakini Pərviz Musayev məlumat verib. O, “Hotiç” mağazasının fırıldaqçılıqla məşğul olduğunu və yalançı endirimlərlə müştəriləri aldatdıqlarını bildirib:

“Bir neçə gün əvvəl “Hotiç” ayaqqabı dükanının “Instagram” səhifəsində kişi çəkməsi gördüm. Bir müştərinin qiymətlə bağlı sualı dükan tərəfindən “300 AZN” deyə cavablandırılmışdı.

Az öncə “Hotiç”in qarşısından keçəndə vitrinə böyük hərflərlə “50% endirim” yazıldığını gördüm və dükana girərək həmin çəkməni soruşdum:

– Bəli, Siz istəyən ölçü var.– Qiyməti?

– 370 AZN.– Endirimə düşür?

– Xeyr, yeni kolleksiyadır.Açıb “Instagram”da özlərinin yazdığı 300 AZN cavabını göstərirəm, xanım satıcı təəccüblə mənə baxaraq deyir:

– Bunu kim yazıb bura?Nəsə deməyə ehtiyac qalmadığı üçün dükanı tərk etdim. Bu cür “endirimlər”, müştərini aldatmaqla dükana cəlb etmə demək olar ki əksər dükanlarda müşahidə edilir (istisnalar ola bilər)”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 694 08.01.18 18:32