Mübariz Mənsimov mərhum aktrisanın ailəsinə ev bağışladı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

Mübariz Mənsimov mərhum aktrisanın ailəsinə ev bağışladı

Xanım Qafarovanın ailəsinə yeni mənzil hədiyyə olunub.

Median.Az
-in məlumatına görə, bu barədə Kulis.az-a millət vəkili Qənirə Paşayeva məlumat verib.

Onun sözlərinə görə azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov aktrisanın yararsız şəraitdə yaşayan ailəsinin – qızının və anasının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə onlara şəhərin mərkəzində mənzil hədiyyə edib:

"Mərhum aktrisamız Xanım Qafarovanın mənzil şəraitinin yaxşılaşdırılması üçün müvafiq qurumların hamısına müraciət göndərmişdim. Azərbaycanlı iş adamı Mübariz Mənsimovdan da xahiş etmişdim ki, belə bir ailəmiz var, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına kömək etsin. O söz vermişdi ki, yaxın zamanlarda onların mənzil şəraitinin yaxşılaşdırılmasına əlindən gələn kömək edəcək və ailədən uyğun bir mənzil seçməsini istəmişdi. Sağ olsun, Mübariz müəllim sözünün üstündə durdu. Ona mənim təşəkkürlərimi çatdırmağınızı xahiş edirəm. Mən bu məsələni bir çox iş adamlarına demişdim. Amma bir tək Mübariz müəllimdən cavab ala bildik. Yaxın iki həftə içərisində Xanım Qafarovanın ailəsi o evə köçəcək."

Xatırladaq ki, bu günlərdə APA TV-nin "Show time" verilişi mərhum aktrisa Xanım Qafarovanın ailəsinin yaşadığı evdən süjet hazırlamışdı. Süjetdə aktrisanın ailəsinin - 8 yaşlı qızının və yaşlı anasının əvvəlki şəraitsiz, nəm çəkmiş, keçmişdə qaraj olmuş tikilidə yaşadıqları görünürdü.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 586 08.01.18 18:12