DİQQƏT: "Azəriqaz" sizi aldadıb pulunuzu almasın deyə bu xəbəri oxuyun (FOTOFAKT) » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

DİQQƏT: "Azəriqaz" sizi aldadıb pulunuzu almasın deyə bu xəbəri oxuyun (FOTOFAKT)

“Azəriqaz” dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyə başlayıb.

Bu barədə Baku.ws-ə Şəki rayonu Orta Zəyzid kənd sakini Sakit Bəkirova bildirib.

Onun sözlərinə görə, ötən gün “Azəriqaz”ın əməkdaşı Gülüstan Bayramov abonentin evinə gələrək sayğacı sıfırlayıb və yekun borc 38.70 AZN müəyyən edib.

Abonent Sakit Bəkirovaya təqdim olunan qəbzdə isə son göstəricinin tarixi bir həftə əvvəli, yəni dekabrın 29-u qeyd olunub.

Şikayətçi abonent deyir ki, sayğaca dekabrın 27-də 50 manat məbləğində qaz yükləmişdi. Bu qəbzdə də qeyd olunub.

Bir həftə ərzində, dekabrın 29-dan yanvarın 5-dək isə abonentin qaz pulu 20 qəpikdən hesablanıb.

Şikayətçinin sözlərinə görə, Orta Zəyzid kəndində əksər abonentlərə anoloji hadisə ilə qarşılaşıblar.

DİQQƏT: "Azəriqaz" sizi aldadıb pulunuzu almasın deyə bu xəbəri oxuyun (FOTOFAKT)


Hələ dekabrın 18-də Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı qaz abonentlərinə müraciət edərək diqqətli olmalarını bildirib və “Azəriqaz”ı fırıldaqçılıqda ittiham edib.

O bildirirdi ki, “Azəriqaz” dekabrın qaz sərfini yanvar ayınınin əvvəllərində qeyd etməyi nəzərdə tutub.

“Bildiyiniz kimi, Tarif Şurasının 22 dekabr, 2016-cı il 19 nömrəli qərarına əsasən bu ilin yanvarın 1-dən təbii qazın qiyməti 1700 kub metrədək olanda 10 qəpikdən, bundan artıq olan hissəsi üçün ödəniş isə 20 qəpikdən hesablanır. Limiti qalmış və yaxud limiti keçmiş abonentlərin sayğaclarının üzərindəki göstəricilər qanuna uyğun qaydada 25.12.2017-ci il tarixdən 28.12.2017-ci il tarixədək oxunub bütün abonentlərə bildirişlər paylanılmalıdır.



Lakin abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfini yanvar ayınınin əvvəllərində qeyd etməyi nəzərdə tutublar.

Bunun üçün bütün abonentlərin öz sayğac göstəricilərini 28.12.2017-ci il tarixdə oxuyub bir yerə qeyd etmələri məqsədəuyğun hesab olunur. Əks tədqirdə büdcənizə ziyan dəyə bilər. Qeyd edək ki, sərfiyyat oxuyan aparatin tarixi 15-gün öncəki günlərə çəkilib”, - deyə Mirvari Qəhrəmanlı bildirib.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev Baku.ws-ə açıqlamasında Mirvari Qəhrəmanlının iddiasını təkzib edib.



"Tarif Şurasının qərarında heç bir dəyişiklik yoxdur. Limitlər dekabr ayının sonunda sıfırlanacaq. 2018-ci il yanvar ayının 1-dən isə yeni limitlər tətbiq olunacaq.

Hər bir abonent sayğacın üzərindəki sərfiyyata nəzarət edə bilir. Ona görə, sərfiyyat oxuyan aparatin tarixi 15-gün əvvələ çəkilməsi iddiası əsassızdır", - deyə İbrahim Kəlbəliyev bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 015 06.01.18 15:57