Bu gündən başlayaraq məktəblərdə beş gün dərs olmayacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" müvafiq qərarına əsasən, yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-25-ci tədris ili üzrə qış tətili başlayır. Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, beşgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk dərs günüdür.