“Ata çağırılır əsgərliyə, iki uşaq qalır anası ilə evdə” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bakıda məşhur ət bazarı bağlanır  |     22:56 Tətil sonrası işə qayıdış - Necə adaptasiya olaq?  |     22:49 ChatGPT-nin təsiri ilə təcrübəsiz işçilər üçün vakansiyalar kəskin azalıb  |     22:44 Azərbaycan Çinə toyuq əti ixrac edəcək  |     22:38 Tez-tez sıradan çıxan və bahalı texniki xidmət tələb edən avtomobillər - TOP-5  |     22:31 Daha bir şirkət rəhbərinə “stop” qoyuldu  |     22:24 Rusiyadan gətirilən soğan halqasında bakteriya aşkarlandı  |     22:16 Zəngilanla bağlı 1,3 milyonluq layihə  |     22:11 Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb  |     22:04 Tokayev ictimai yerlərdə niqabı qadağan etdi  |     21:59 Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO  |     21:50 FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq  |     21:45 Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?  |     21:36 Konstitusiya Məhkəməsinə hakimlər təyin ediləcək  |     21:30 "Qarabağ" yoxlama görüşündə "Zirə"yə qalib gəldi  |     21:22 Bu klinikada yoxlama aparıldı, cərimə edildi  |     21:17 NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək  |     21:10 Sumqayıtda "Daewoo" yandı  |     21:04 DYP səfərə çıxan sürücülərə ÇAĞIRIŞ ETDİ  |     20:58 Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri Bakıya gətirildi  |    

“Ata çağırılır əsgərliyə, iki uşaq qalır anası ilə evdə”

"Keçmişdə iki uşağı olan hərbi xidmətə çağırılmırdı. Sonra 3 uşağı olan hərbi xidmətə çağırılmadı”.  

Median.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

"Nəzərə alaq ki, bir şəxsin 2 övladı var, onu hərbi xidmətə çağırırıq. İki övladın saxlanılmasının özü dövlətə köməkdir. Valideyn çağırılır hərbi xidmətə, iki uşaq anası ilə evdə qalır. Ola bilər, uşaqların anası işləyir və ya işləmir. 

Hesab edirəm ki, bu məsələyə gələcəkdə baxılmalıdır. Bunun mənəvi tərəfi də var. Hamı üçün şərəfdir ki, valideyni hərbi xidmət keçsin. Amma iki uşaq 18 ay öz atasını görmür. Belə olan halda həmin uşağın böyüməsində gələcəkdə müəyyən problemlər yarana bilər. Bunların sayı elə də çox deyil. Gələcəkdə buna diqqət etməliyik. Üç uşaq məsələsini iki uşağa endirsək, daha məqsədəuyğun olar”, - deyə S.Novruzov bildirib. 

Millət vəkili qeyd edib ki, həqiqi hərbi xidmətkeçmədə son yaş həddinin 30-a endirilməsi təqdirəlayiqdir: "35 yaşında ancaq həvəskarlar, istəyənlər xidmət edə bilər. 18 yaşındakı çağırışçı ilə 35 yaşında olan çağırışçının eyni zamanda xidmət keçməsi hərbi nizamnaməyə uyğun gələn prosedur deyil”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            456 20.12.24 14:31