Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1 milyon 998,9 min nəfər olub.
Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedənlərin sayı 33 %, Rusiyaya gedənlərin sayı 13,4 %, Gürcüstana gedənlərin sayı 13 %, Türkiyəyə gedənlərin sayı 9,9 % artıb.
Azərbaycan vətəndaşlarının 41,4 %-i Türkiyəyə, 20,6 %-i Rusiya Federasiyasına, 8,7 %-i Gürcüstana, 8,6 %-i İrana, 20,7 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 63,9 %-ini kişilər, 36,1 %-ini qadınlar təşkil edib.
11 ayda xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,5 %-i hava, 28,4 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.