Cəlilabadda 33 yaşlı qadın itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Cənub regional qrupu məlumat yayıb.
Bildirilib ki, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərova 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Leyla Heydərovanın əlamətləri bunlardır:
Boyu 170 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.
Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin (055) 248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.