Etik davranış qaydalarını pozduğu üçün vəzifəsindən azad edilən müəllim işə qayıtmaq istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:45 Netanyahu SAXAL-ın Baş Qərargah rəisini tezliklə istefaya göndərəcək  |     15:31 Təqibdən yayınmaq istəyən narkokuryer avtomobilini yandırdı - FOTO  |     15:26 Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub  |     15:24 Mahaçqala hava limanı PUA hücumuna görə fəaliyyətini dayandırdı  |     15:21 Dünyanın ilk futbol oyununun baş tutmasından 152 il keçir  |     15:11 Şirvanda azyaşlının ölümü barədə TƏBİB-dən AÇIQLAMA (YENİLƏNİB)  |     15:06 Suraxanıda avtomobil piyadanı vuraraq öldürdü  |     14:42 COP29-da Azərbaycan mediasında yayımlanan xəbər və reportajların sayı açıqlanıb  |     14:28 Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO  |     14:24 Qazaxda narkokuryer saxlanıldı  |     14:12 Azərbaycanda xarici ölkənin xüsusi xidmət orqanına casusluq edən əcnəbiyə hökm oxundu  |     14:04 Moskvada miqrantlara QR-kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək  |     13:57 Dünyanın ən yaşlı insanı müəyyən edildi  |     13:53 Yakuboviçin bığına 155 min manat verdilər, "yox" dedi  |     13:49 Fransa İranın tezliklə nüvə silahı əldə edəcəyi ilə bağlı xəbərdarlıq edib  |     13:40 Etik davranış qaydalarını pozduğu üçün vəzifəsindən azad edilən müəllim işə qayıtmaq istəyir  |     13:33 DİQQƏT: Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər var - VİDEO  |     13:26 Kirayə adı ilə dövlətdən pul alan kapitan cəzalandırıldı  |     13:24 Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub  |     13:16 Serj Sarqsyanın diplomat kürəkəninin məhkəməsi başlayır  |    

Etik davranış qaydalarını pozduğu üçün vəzifəsindən azad edilən müəllim işə qayıtmaq istəyir

Naxçıvan şəhər 1 nömrəli məktəbin keçmiş müəllimi Səriyyə Qənbərova işdən çıxaırldıqdan sonra məhkəməyə müraciət edib.

"Qaynarinfo"nun məlumatına görə, o, Naxçıvan Şəhər Təhsil Şöbəsini məhkəməyə verib.

Səriyyə Qənbərovanın iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Naxçıvan Şəhər Məhkəməsində baxılacaq. Gülsüm Əliyeva iş üzrə hakim təyin edilib.

Səriyyə Qənbərova fiziki tərbiyə müəllimi olub. O, cari ilin sentyabrında sosial şəbəkələrdə işlədiyi məktəbdə hücuma məruz qaldığı barədə paylaşım etmişdi. Bir ay sonra isə buna görə işdən çıxarıldığını bildirmişdi.

Bundan sonra Naxçıvan Muxtar Respublikası (MR) Elm və Təhsil Nazirliyi isə onun işdən çıxarılmasını əmək intizamını pozması ilə əlaqələndirmişdi. Nazirliyin açıqlamasında bildirilirdi ki, Səriyyə Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmayıb və tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərinin tədris etməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            99 30.11.24 13:40