Samur-Abşeron kanalınının Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində maral kanala düşərək köməksiz vəziyyətdə qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və maralı kanaldan xüsusi vasitələrlə çıxarıb xilas edərək aidiyyəti üzrə təhvil veriblər.