Bakıda dayənin üç yaşlı uşağa fiziki zorakılıq göstərməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı bildirib.
O qeyd edib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.
* * * * *
Bakıda dayənin üç yaşlı uşağa fiziki zorakılıq tətbiq etdiyi anların videosu yayılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə dayənin uşağı döydüyü və ona fiziki işgəncə verdiyi açıq-aşkar görünür.
Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub və sosial media istifadəçiləri dayəyə qarşı sərt tədbirlər görülməsini tələb ediblər.
Təqsirkarın kimliyi və hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.