Vətəndaşla qurumlar arasında bölünən tibbi xidmət - Müştərək maliyyələşmənin tətbiqi nəyi DƏYİŞƏCƏK? » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:43 Sumqayıtda yol-nəqliyyat hadisəsi olub: Ölən var  |     12:36 "Microsoft"a qarşı 1 milyard dollardan çox antiinhisar iddiası qaldırılıb  |     12:35 Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb  |     12:26 Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO  |     12:12 "Apple" şirkəti "iPhone" vasitəsilə öz işçilərini izləyir - İDDİA  |     12:01 "Bavariya"nın 38 yaşlı qapıçısı Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı  |     11:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi  |     11:52 Makron istefa verməkdən imtina etdi  |     11:49 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     11:46 Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır  |     11:11 Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı  |     22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |    

Vətəndaşla qurumlar arasında bölünən tibbi xidmət - Müştərək maliyyələşmənin tətbiqi nəyi DƏYİŞƏCƏK?

2020-ci ildə icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi planlaşdırılırdı. Həmin il tibbi xidmətlərə görə müştərək maliyyələşmə məbləği də açıqlanmışdı. Ötən il "Tibbi sığorta haqqında" qanuna dəyişiklik edilərək müştərək maliyyələşmənin tətbiqi 2025-ci il yanvarın 1-dək təxirə salınıb.

Müştərək maliyyələşmə nədir? Bunun tətbiqi nəyi dəyişəcək?

Mövzu barədə Bizim.media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, müştərək maliyyələşmə vətəndaşın birbaşa ambulator-poliklinik və digər xidmətlərə görə müraciətində tətbiq ediləcək:

"İcbari tibbi sığortada həmin müştərək maliyyələşmə sisteminin tətbiqi 2024-cü il yanvarın 1-dən başlamalı idi. Lakin bu, təxirə salındı. 2025-ci il yanvarın 1-nə keçirildi. Həmin qanuna əsasən, sığorta olunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik xidmətlərdən və yaxud icbari tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etdiyi və həmin ərazidən kənarda yerləşən dövlət tibb müəssisələrinə göndərildiyi halda, paralel olaraq müalicənin gedişi boyu təkrar müalicəyə ehtiyac yarandığı halda və bunu dövlət sığorta mərkəzi həyata keçirirsə, bu zaman müştərək maliyyələşmə tətbiq edilir və məbləği ödənilir".

Həkim bildirib ki, bu sahədə ən nümunəvi model Türkiyə səhiyyəsidir:

"Bu məsələlər gələn ildən yəqin ki, öz həllini tapar. Bütün bunları qanuni qaydaya salmaq üçün dünya təcrübəsinə müraciət etməli və onun Azərbaycanda tətbiqinə çalışmalıyıq. Bununla bağlı ən yaxşı nümunəvi model Türkiyə modelidir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 25.10.24 14:06