Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı dekabrın 1-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə dekabrın 2-də keçirilməsi nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, danışıq bloku üzrə imtahanın isə 4-5 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.
Bundan başqa, DİM bu gündən noyabrın 4-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib.