Dövlət xəstəxanalarında BİABIRÇILIQ - Ağır xəstə reanimasiyada yer olmadığı üçün evə qaytarıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:36 "Microsoft"a qarşı 1 milyard dollardan çox antiinhisar iddiası qaldırılıb  |     12:35 Dünyanın ən populyar internet brauzerlərinin adları açıqlanıb  |     12:26 Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ - VİDEO  |     12:12 "Apple" şirkəti "iPhone" vasitəsilə öz işçilərini izləyir - İDDİA  |     12:01 "Bavariya"nın 38 yaşlı qapıçısı Noyer karyerasında ilk dəfə birbaşa qırmızı vərəqə aldı  |     11:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi  |     11:52 Makron istefa verməkdən imtina etdi  |     11:49 Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü  |     11:46 Yarım milyon manatı mənimsəyən direktor məhkəmənin qərarından narazıdır  |     11:11 Bakıda qadınlar arasında dava: Yaralı xəstəxanaya qaldırıldı  |     22:59 Rüfət Səfərova qarşı xuliqanlıq və dələduzluq maddəllərilə ittiham irəli sürülüb  |     22:56 İran Suriyaya qoşun göndərə bilər - Əraqçi  |     22:50 "BakıKart" problemi nə vaxt həllini tapacaq? - RƏSMİ AÇIQLAMA  |     22:41 Salyanda idarə müdiri işdən ÇIXARILDI  |     22:35 Kobaxidze onları HƏDƏLƏDİ  |     22:28 Xalq artisti məhkəmədən sonra nələr dedi? - "Onun aldığı maaşın 3 qatını verməsəm kişi deyiləm" - VİDEO  |     22:22 Mask: ABŞ faktiki iflasa yaxınlaşır  |     22:10 Zelenski Ukraynada yeni raketlərin sınaqdan keçirildiyini açıqlayıb  |     22:00 Cənubi Koreyada hərbçilər parlamentin binasını tərk ediblər  |     21:47 Tbilisidə etirazlar zamanı ümumilikdə 143 polis əməkdaşı xəsarət alıb  |    

Dövlət xəstəxanalarında BİABIRÇILIQ - Ağır xəstə reanimasiyada yer olmadığı üçün evə qaytarıldı

Bakıda fəaliyyət göstərən dövlət xəstəxanalarında ağır xəstələrin yerləşdirilməsi müşkülə çevrilib. Belə ki, oktyabrın 22-də ağır vəziyyətdə əvvəl 1 Saylı Kliniki Tibbi Mərkəzə, daha sonra bir neçə dövlət xəstəxanasına müraciət edən vətəndaşa reanimasiyada yer olmadığı bildirilib.

Ağır vəziyyətdə olan xəstə ortalıqda qalıb və evə qaytarılıb.

Bu barədə redaksiyaya xəstənin yaxınları məlumat veriblər.

Bənzər şikayət dəfələrlə sosial şəbəkələrdə də yer alıb.

Bəs dövlət xəstəxanalarında ağır vəziyyətdə olan xəstələrin yerləşdirilməsi üçün reanimasiya otaqları niyə azdır? Ümumiyyətlə, reanimasiyada çarpayı sayı nəyə əsasən hesablanır?

Məsələ ilə bağlı Bizim.media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yer çatışmazlığı müraciətlərin çox olması ilə əlaqədardır:

"TƏBİB-in tabeliyində olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, həmçinin tibb kadrlarından daha səmərəli istifadə edilməsi, tibb müəssisələrinin infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə bir sıra tibb müəssisələrində çarpayı fondunun idarə olunması üzrə nəzarət modulu yaradılıb. TƏBİB-in aidiyyəti struktur bölmələri və tibb müəssisələrinin rəhbərləri həmin modula giriş imkanına malikdirlər.

Xəstəxanalarda çarpayı sayı (stasionar, intensiv terapiya) tibb müəssisəsinin mövcud infrastrukturu, kadr potensialı, ixtisaslaşması normativ hüquqi aktlara əsasən tənzimlənir. Pasiyentlərin sağlamlıq durumları tibb personalı tərəfindən dəyərləndirdikdən sonra zərurət üzrə onların müvafiq şöbələrə yerləşdirilməsi təmin olunur.

Son zamanlar tibb müəssisələrinə artan müraciət sayının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir. 2024-cü ilin yanvar-sentyabr ayları üzrə ümumilikdə 17 979 237 müraciət qeydə alınıb. Bunlardan 446 065-i stasionar, 17 533 172-si ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə gəlincə, bildiririk ki, yuxarıda qeyd edilən səbəblərdən çarpayı sayı hər gün dəyişir. Bəzən boş çarpayı olmadığı üçün müraciət etmiş vətəndaş TƏBİB tabeli başqa tibb müəssisələrinə yönləndirilir. 22.10.2024-cü il tarixində də həm cərrahi, həm terapevtik reanimasiya şöbələrində boş çarpayı olmayıb".

Qurumdan qeyd edilib ki, artım dinamikasını nəzərə alaraq yeni intensiv terapiya şöbələrinin yaradılması nəzərdən keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            231 24.10.24 17:29