Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov və Sabunçu rayonlarında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 24.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Median.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ, Nərimanov və Sabunçu rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.