Rusiyanın Kamçatka diyarının sahilində 4,6 maqnitudalı zəlzələ olub.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının saytında bildirilib.
Xidmətin verilənlərinə görə, zəlzələnin ocağı Petropavlovsk-Kamçatski şəhərindən 116 km aralıda, 5 km dərinlikdə yerləşib.
Zəlzələ 1-2 bal arası hiss edilib.