Sabah (oktyabrın 2-də) Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun "Stansiya Qala" yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.