Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb

12.09.2024 21:10 1 269
Azərbaycanda qiymətləndiricilər üçün keçiriləcək ixtisas imtahanının vaxtı açıqlanıb
Oktyabrın 27-də Azərbaycanda qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, imtahanda iştirak etmək istəyən namizədlər əvvəlcə Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında “Şəxsi kabinet” yaratmalı və 11 sentyabr saat 12:00-dan 7 oktyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

“DİM AQC-də təmsil olunan İqtisad Universiteti və digər ali tədris müəssisələrinin mütəxəssislərindən ibarət Ekspertlər Şurası tərəfindən hazırlanmış tədris proqramı ilə bu imtahana start verib. Tədris proqramı DİM-in saytında qeyd olunub və 9 istiqamət üzrə müddəaları əhatə edir. Bu istiqamətlərdə müəyyən olunmuş proqrama uyğun şəkildə sual bankı yaradılır. Hazırda mütəxəssislərimiz tərəfindən sual bankı formalaşdırılır və bu proses bitdikdən sonra imtahan keçiriləcək”.

V. Oruc bildirib ki, imtahanı uğurla keçən iddiaçılara qiymətləndirici şəhadətnaməsi veriləcək: “İmtahanda 30 sual olacaq və maksimum nəticə 60 baldır. 60 baldan 30 və ya daha çox bal toplayanlar qiymətləndirici şəhadətnaməsini alacaqlar. Daha sonra Qiymətləndiricilər Palatası formalaşdırılacaq. Palata həmin imtahandan keçmiş minimum 15 qiymətləndirici tərəfindən təşkil olunacaq. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, Palata üzvlərindən sədr, müavinlər və rəyasət heyətinin üzvləri seçiləcək. Beləliklə, qiymətləndirmə sektoruna rəhbərlik Qiymətləndiricilər Palatası vasitəsilə aparılacaq”.

Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna və Nazirlər Kabinetinin 2024-cü il 20 may tarixli 267 nömrəli Qərarına əsasən, ölkəmizdə qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanlarının təşkili və keçirilməsi, qiymətləndiricinin ixtisas şəhadətnaməsinin verilməsi DİM tərəfindən həyata keçirilir. Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər ali təhsilə və 3 ildən az olmayan iş stajına malik olmalı, ixtisas imtahanını müvəffəqiyyətlə verməli və Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə 27 oktyabr 2024-cü il tarixində DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 108, TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

Son xəbərlər