Лондон
C

Bakı bulvarında qıza görə DAVA

Bakının Səbail rayonunda 2004-cü il təvəllüdlü Zaur qız üstündə yaranan mübahisə zamanı Telmana (adlar şərti verilib - red.) xəsarət yetirib.

Median.Az
xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Zaur sevgi münasibətində olduğu Zeynəbin əvvəlki tanışı Telman ilə aralarında onunla bağlı qərəzli münasibət yaranıb.

Zaur həmin münasibətlərə Qaydınlıq gətirmək məqsədilə Telman ilə görüşmək barədə razılaşıb.

Daha sonra Zaur 19 iyul 2022-ci ildə, saat 20:00-da Telman ilə görüşüb.

O, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qisas almaq məqsədilə üzərində olan bıçaqla Telmanın sağ qol və döş qəfəsi nahiyəsinə 2 dəfə zərbə vurub.

Hadisəni törədən Zaurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, o, törətdiyi əməldən peşmandır:

"Mən və Telman bir-birimizi tanımamışıq. Biz sadəcə bir-birimizin adımızı bilmişik. Bizim aramızda qız məsələsi olub. Hadisə baş verən vaxt mən Zeynəb adlı qız ilə sevgili olmuşam. Zeynəb məndən əvvəl Telman ilə sevgili olub. Mən Zeynəblə tanış olan zaman Telman ilə görüşmək istəmişəm. Sonradan mənimlə Telmanın görüşü alınmadı".

Təqsirləndirilən şəxs qeyd edib ki, əsgərliyə yaxın ərəfədə o, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəsinə gedib:

"Mən oradan qayıdan zaman dostlarım ilə qarşılaşdım. Telmanın nömrəsini dostlarımdan almışam. Mənim məqsədim Telman ilə söhbət etmək və Zeynəbin necə birisi olduğunu öyrənmək istəməyim olub. Telman ilə görüşdük və söhbət etdik. Mən Telmanın sevdiyim qız olan Zeynəb barədə dediyi sözləri qəbul edə bilmədim. Həmin vaxt mənim üzərimdə bıçaq olub. Mən 2 dəfə Telmanın qolundan və sinəsindən xəsarət yetirdim. Mən bıçağı ikinci dəfə görüşdən qayıdan zaman götürmüşəm. Ətrafdakı insanlar və mühafizəçi bizi ayırmağa cəhd ediblər. Sonra mən mühafizəçi ilə sağollaşdım və evə getdim".

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra polis bölməsindən ona zəng gəlib və o, polis bölməsinə gedib.

O, ifadəsində həmçinin zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

İş üzrə zərərçəkmiş Telmanın sözlərinə görə, əvvəllər Zauru tanımayıb:

"Mən metronun "Sahil" stansiyası tərəfdə olan zaman Zaur zəng edərək görüşmək istədiyini bildirdi. Mən də razılaşdım. Sonra Zaurla görüşüb söhbət etdik. Zaur məndən Zeynəb haqqında soruşdu. Mən də Zaura həmin qızın mənim ailəmə qismət olmasını istəmədiyimi bildirdim. Zaura da bunu məsləhət bilmədim. Anidən Zaur sinəmdən və qolumdan vurdu. Mən özümü arxaya atanda bıçağın mənə dəydiyini hiss etdim".

İş üzrə şahid qismində ifadə verən Zeynəbin sözlərinə görə, valideynləri ilə birlikdə yaşayır:

"Atam ailəni dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Anam isə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında olan mağazada satıcı işləyir. Mən Telmanın polis bölməsinə yazdığı şikayət ərizəsi ilə tanış olmuşam. Telmanı xalamın qonşuluğunda yaşayan biri kimi tanıyıram, aramızda həmin hadisədən əvvəl sevgi münasibətləri olub. Telmandan sonra Zauru tanımışam. Mənim qohumlarım metronun "Ulduz" stansiyası yaxınlığında yaşadığı üçün ora gedib-gələndə Zauru tanımışam".

Zeynəb qeyd edib ki, Nizami rayonunda olan orta məktəbdə oxuyub, sonra həmin məktəbin 9-cu sinfindən çıxıb:

"Mən çıxdığım məktəbin 9-cu sinfində oxumağa başlayan zaman valideynim mənə istifadə etmək üçün mobil telefon alaraq verdi. Həmin mobil telefonda da anamın adına olan nömrədən istifadə etmişəm. Zaurun Telmana qarşı törətdiyi cinayət hadisəsi ilə bağlı olaraq həmin hadisəni iyulun 19-da axşam vaxtı bilmişəm ".

Zeynəbin ifadəsinə görə, təxminən hadisədən 2 il əvvəl Telman ilə bir dost kimi tanış olub:

"Bizim aramızda olan dostluq münasibəti də Telmanın xalam ilə qonşuluqda yaşadığı üçün olub. Bundan sonra da son bir ildə mənim Zaurla münasibətim olub. Mən hələ orta məktəbdə oxuyan vaxt Zaur mənə eşq elan edib. Bu barədə anamın məlumatı olduğu üçün anam məni 9-cu sinifdən çıxartdı ki, Zaurla aramda olan münasibət qurtarsın. Lakin buna baxmayaraq, Zaur məni sevdi. Ona görə də mobil telefon vasitəsi ilə onunla əlaqə saxladım".

Zeynəb qeyd edib ki, iyulun 19-da Zaurla Telmanın arasında olan həmin hadisə ərəfəsində onun həm Zaurla, həm də Telmanla mobil telefon danışıqları olub: "Mənim Zaurun Telmanı bıçaqla vurub xəsarət yetirəcəyindən əvvəlcədən xəbərim olmayıb. Bu hadisə ilə bağlı mənim heç bir məlumatım olmayıb. İstifadəmdə olan mobil telefonla əvvəllər Telman, sonradan isə Zaurla danışmışam. Həm Zaur, həm də Telman mənə eşq elan edib".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zaurun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 4 il şərti cəza təyin olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun



Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!


РЕКЛАМА

dzen.ru
Bakı
Haradan
Bakı
, Azərbaycan
BAK
Haraya
Haraya
24 İyul, Ç
Gediş tarixi
31 İyul, Ç
Dönüş tarixi
Axtar
powered_by
DİGƏR XƏBƏRLƏR
Dələduzu ağız suyuna görə müəyyənləşdirib tutdular
Dələduzu ağız suyuna görə müəyyənləşdirib tutdular

Bakı bulvarında qıza görə DAVA
Bakı bulvarında qıza görə DAVA

Bakıda hoteldə qadının videosu yayıldı - <span class="color_red">Həbs olunan var</span>
Bakıda hoteldə qadının videosu yayıldı - Həbs olunan var

Video 5 il əvvəl çəkilib - DİN-dən yayılan görüntülər barədə <span class="color_red">açıqlama</span>
Video 5 il əvvəl çəkilib - DİN-dən yayılan görüntülər barədə açıqlama

9 il sonra azadlığa çıxan "OMON"çu yenə həbs edildi - <span class="color_red">FOTO</span>
9 il sonra azadlığa çıxan "OMON"çu yenə həbs edildi - FOTO

80-ə yaxın şəxs onların "qurbanı oldu"
80-ə yaxın şəxs onların "qurbanı oldu"
XƏBƏR LENTİ
Yeni telefon almaq üçün 5 SƏBƏB
Yeni telefon almaq üçün 5 SƏBƏB

"Alparslan Büyük Selçuklu"dan sonra bu serialda rol alacaq - <span class="color_red">FOTO</span>
"Alparslan Büyük Selçuklu"dan sonra bu serialda rol alacaq - FOTO

Dələduzu ağız suyuna görə müəyyənləşdirib tutdular
Dələduzu ağız suyuna görə müəyyənləşdirib tutdular

Bakı bulvarında qıza görə DAVA
Bakı bulvarında qıza görə DAVA

Heyvanlar üçün süni ət istehsalına icazə verildi
Heyvanlar üçün süni ət istehsalına icazə verildi

Valideynlərin nəzərinə: Bu 4 növ uşaq tərbiyəsi modelini seçməlisiniz
Valideynlərin nəzərinə: Bu 4 növ uşaq tərbiyəsi modelini seçməlisiniz

Onun konsertinə telefonla girmək qadağandır
Onun konsertinə telefonla girmək qadağandır

Fransanın xarici borcu 800 milyard avroya çatdı
Fransanın xarici borcu 800 milyard avroya çatdı

Boşanma prosesi başladı: Ben Afflekin sərvətinin yarısını almaq istəyir
Boşanma prosesi başladı: Ben Afflekin sərvətinin yarısını almaq istəyir

Jurnalist axtarışa verildi
Jurnalist axtarışa verildi

Doğuşdan Xoşqədəmlə bağlı paylaşım - FOTO
Doğuşdan Xoşqədəmlə bağlı paylaşım - FOTO

“Bayden Rusiya və Çini evlənməyə məcbur edib”
“Bayden Rusiya və Çini evlənməyə məcbur edib”

Yuriy Hura: "Zirə"dən güclü olduğumuzu sübut etmək istəyirik"
Yuriy Hura: "Zirə"dən güclü olduğumuzu sübut etmək istəyirik"

YAP-ın Milli Məclislə vidalaşan 16 deputatı - SİYAHI
YAP-ın Milli Məclislə vidalaşan 16 deputatı - SİYAHI

Üç bürcün həyatında tezliklə "ağ zolaq" başlayacaq
Üç bürcün həyatında tezliklə "ağ zolaq" başlayacaq

Emin Hüseynova da yeni müavin təyin olundu
Emin Hüseynova da yeni müavin təyin olundu

İlkin Əhmədov haqqında yayılan xəbərlərə aydınlıq gətirdi
İlkin Əhmədov haqqında yayılan xəbərlərə aydınlıq gətirdi

Ruan Renato: “Birinci oyundakı qələbə bizi növbəti mərhələyə daşımır"
Ruan Renato: “Birinci oyundakı qələbə bizi növbəti mərhələyə daşımır"

“Güneli heç kim qovmayıb, ərə gedib”
“Güneli heç kim qovmayıb, ərə gedib”

Xaçmazda iki nəfəri öldürməkdə ittiham olunan şəxsə ömürlük cəza verildi
Xaçmazda iki nəfəri öldürməkdə ittiham olunan şəxsə ömürlük cəza verildi

Rəşad Sadıqov: “Rəqibin gücünü və təcrübəsini başa düşürük"
Rəşad Sadıqov: “Rəqibin gücünü və təcrübəsini başa düşürük"

Bitum qiymətləri bu siyahıdan çıxarıldı
Bitum qiymətləri bu siyahıdan çıxarıldı

Elektrik mühərrikli avtobuslar idxal gömrük rüsumundan azad edildi
Elektrik mühərrikli avtobuslar idxal gömrük rüsumundan azad edildi

"Xeyri yoxdur, cəmiyyət budur"
"Xeyri yoxdur, cəmiyyət budur"
Copyright © 2024 Milli.Az
ILK-10 Azeri Website Directory


скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев