Лондон
C

Şamaxıda toyda zəhərlənənlərin SON VƏZİYYƏTİ açıqlandı (YENİLƏNİB)

"Şamaxı rayonunun Məlikçobanlı kəndində zəhərlənənlərdən 5-i azyaşlı olub".

Bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

"16.07.2024-cü il tarixində Şamaxı rayonunun Məlikçobanlı kəndindən zəhərlənmə şübhəsi ilə 21 nəfər (11 nəfəri qadın, 10 nəfəri kişi cinsli olmaqla) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 5-i azyaşlı olub.

Hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunur.

* * * * *

"Şamaxıda baş verən kütləvi zəhərlənmə hadisəsinin araşdırılması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb".


Bunu oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

İlkin ehtimallara əsasən, hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə məlumatda vurğulanır.

* * * * *

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.


APA xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Ona yaxın sakin təcili tibbi yardım avtomobili ilə aparılıb, digərləri isə xəstəxanaya özləri gəliblər.

Hazırda vəziyyətlərinin normal olduğu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев