Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:50 Türkiyədə məscidi ildırım vurdu | 19:42 Maşını 160-la sürəndə qəza törədibmiş - Faciəvi hadisənin detalları | 19:37 Prokuror keçmiş vəkilə ağır cəza istədi | 19:30 Sabah Bakıda yağış yağacaq | 19:25 10 ayda sürət həddinin aşılması səbəbindən 256 nəfər ölüb | 19:16 Xəzərsahili qanunsuz obyektlər söküləcək? - AÇIQLAMA | 19:11 "Süni intellektdən ehtiyatlı olmalıyıq" - Trampdan xəbərdarlıq | 19:04 “Aston Villa”da yeni müqavilə | 18:56 “WhatsApp” istifadəçilərini sevindirəcək YENİLİK | 18:32 Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər | 18:23 Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Araşdırma başladı | 18:16 "GTA VI" çıxdıqdan az müddət sonra xətalar aşkarlandı | 17:38 Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib | 16:59 Broyler toyuqları ilə bağlı yayılan iddialara AÇIQLAMA | 16:56 Paşinyan: “300 min azərbaycanlının Ermənistana qayıtmaq hüququ gündəmə gələcək” | 16:53 İsmayıllıda 300 kiloqram iylənmiş at ətinin satışının qarşısı alındı | 16:50 Bakıda məşhur mebel mağazasının fəaliyyəti dayandırıldı | 16:38 AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək? | 16:36 Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək | 16:35 Azərbaycanda vergi ödəyiciləri risk dərəcələrinə görə yoxlanılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Baş nazirdən əmək pensiyası ilə bağlı QƏRAR

10.07.2024 16:45 1 533
Baş nazirdən əmək pensiyası ilə bağlı QƏRAR
Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edilib.

Baş Nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, Qaydada aşağıdakı dəyişikliklər edilib:

- 5.10-cu bənddə "20 ildən" sözləri "25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən)" sözləri ilə əvəz edilsin;

- aşağıdakı məzmunda 5.11-ci bənd əlavə edilsin:

"5.11. Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:

5.11.1. 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;

5.11.2. 2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış".

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Son xəbərlər