Mövsümi meyvələr niyə bahadır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:38 Sağlam dəri üçün lazım olan vitaminlər hansılardır?  |     12:37 Bakıda məktəbə gedən yol vətəndaşın həyətindən keçir - VİDEO  |     12:35 "Müştəri düşəndə özündən diksinir" - Taksi şirkətləri qaydalara niyə əməl etmirlər? (VİDEO)  |     12:34 Bərdədə 20 yaşlı oğlan özünü tövlədə ASDI  |     12:32 Yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşən evlər sənədləşdiriləcək? - VİDEO  |     12:30 Ermənistan aviaşirkətində qanunsuzluq: Sərnişinlərin yerləri idmançılara verildi  |     12:11 Kiberidman Olimpiadası təsis edildi  |     12:11 İsmayıllıda kişi şəlalədən düşərək öldü  |     12:08 Qəbələdə çətənə kolu yetişdirən şəxs tutuldu - VİDEO  |     12:06 Mingəçevirdə qazın verilişi dayandırılacaq  |     11:43 Gənc oğlan özünü işıq dirəyindən ataraq öldürdü  |     11:37 Azərbaycan və Rusiya arasında siyasi məsləhətləşmələr aparılıb  |     23:04 Bu rayonda işıq olmaycaq  |     22:51 Ağadadaş Ağayevin "balta insidenti" ilə bağlı YENİ MƏQAMLAR: "Qulağına 6 tikiş qoyulub..."  |     22:25 "Ağadadaş mədəni adamdır, onu hövsələdən çıxarıb” - Nadir Qafarzadə  |     22:18 Abşeronda qardaş qardaşı öldürəndən sonra intihar etdi  |     22:10 Polşa 150 ədəd zirehli avtomobil alacaq  |     22:05 Bakıda avtomobili salondan oğurladılar  |     21:58 50 yaşdan sonra bu qidalara ÜSTÜNLÜK VERİN  |     21:53 Bu smartfon sahibləri peyk rabitəsindən istifadə edə biləcəklər  |    

Mövsümi meyvələr niyə bahadır?

Artıq yayın ikinci ayını yaşayırıq. Bu dövrdə, adətən, mövsümi meyvələrin qiymətində azalma müşahidə olunur. Lakin buna baxmayaraq, marketlərdə və bazarlarda satışa çıxarılan meyvələrin qiyməti hələ də “əl yandırır”. Piştaxtalarda təklif olunan meyvələrin qiymətində ötən aylarla müqayisədə o qədər də ciddi fərq müşahidə edilmir.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “İqtisadiyyat.az”a açıqlamasında bunun səbəblərindən danışıb.

A.Nəsirli qeyd edib ki, Azərbaycanda ənənəvi problemlərdən biri fermerlərin böyük şəhərlərdəki bazarlara əlçatanlığının aşağı səviyyədə olmasıdır.

Ekspert bildirib ki, bu səbəbdən nəqletmə, daşımada, yəni bazarlara məhsulların çıxarılmasında müəyyən problemlər yaşanır: “Məhsulu satışa bazar adamları çıxarır. Yəni fermer özü birbaşa bazara çıxış əldə edə bilmir. Bu, ənənəvi problemdir. Amma bu ilin də spesifik xüsusiyyəti ondan ibarətdir ki, yaz-yay ayları əlverişsiz və qeyri-sabit keçir. Ayrı-ayrı yerlərdə yağış, dolu, külək, tufan, sel müşahidə olunur. Bütün bunlar meyvə-tərəvəzin məhsuldarlığına ciddi təsir edir. Bu da bazara daha az meyvə-tərəvəzin çıxmasına səbəb olur. Meyvə-tərəvəzin azlığı isə göründüyü kimi qiymətləri xeyli yüksəldir”.

İqtisadçının sözlərinə görə, havası sabit olan ərazilərdə yetişən meyvə-tərəvəz digərlərinə nisbətən ucuzdur: “Məsələn, qarpız artıq 40-50 qəpiyə düşüb. Qarşıdakı həftələrdə bu məhsulun qiyməti bir qədər də ucuzlaşa bilər. Yemiş isə bir manata düşüb. Xiyar, pomidor əsasən Azərbaycanın şimal və cənub bölgələrində əkilir. Hər iki ərazilər üzrə də qeyri-sabit hava şəraiti hökm sürür. Bu da məhsuldarlığa və nəticə etibarilə qiymətlərə özünü yansıdır”.

A.Nəsirli vurğulayıb ki, ən çox qiymətini qoruyan tərəvəz pomidordur: “O, iqlimə həssaslığı ilə seçilir. Yəni iqlimə həssas tərəvəz olduğuna görə pomidorun bazarda bahalaşması hələ müşahidə edilmir. Ümumiyyətlə, qiymətlərin indiki durumu qıtlıqla əlaqəlidir. Qıtlıq isə hava şəraiti ilə bağlıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            216 09.07.24 21:37