Bakıda taksi xidməti niyə bahalaşıb? » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:14 Bakının bir küçəsi bağlandı, bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi  |     13:11 Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - Son görüntüləri yayıldı (VİDEO)  |     13:08 Ağadadaş Ağayevin atdığı baltanın yaraladığı qadının vəziyyəti necədir?  |     13:06 "Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi  |     13:06 Çimərlik mövsümü başlayandan suda boğulanların sayı AÇIQLANDI  |     13:04 UEFA Rodri və Alvaro Moratanı cəzalandıracaq  |     13:03 Ağadadaş Ağayev "Xalq artisti" adından MƏHRUM EDİLƏ BİLƏR?  |     13:01 İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı  |     12:56 Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin YENİ GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:53 Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü  |     12:52 Bibisinə qarşı quldurluq etmək istəyən şəxs və tanışı TUTULDULAR - FOTO  |     12:51 ABŞ-də ermənipərəst senator istefa verdi - YENİLƏNİB  |     12:49 Gənc oğlan özünü işıq dirəyindən ataraq öldürdü  |     12:47 Avropa çempionatında çıxış edən millimiz Gürcüstan seçməsinə qarşı  |     12:43 "WhatsApp"da internet olmadan işləyən yeni funksiya var - FOTO  |     12:38 Sağlam dəri üçün lazım olan vitaminlər hansılardır?  |     12:37 Bakıda məktəbə gedən yol vətəndaşın həyətindən keçir - VİDEO  |     12:35 "Müştəri düşəndə özündən diksinir" - Taksi şirkətləri qaydalara niyə əməl etmirlər? (VİDEO)  |     12:34 Bərdədə 20 yaşlı oğlan özünü tövlədə ASDI  |     12:32 Yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşən evlər sənədləşdiriləcək? - VİDEO  |    

Bakıda taksi xidməti niyə bahalaşıb?

Son aylar Bakıda taksi xidməti göstərən şirkətlərin qiymətləri artırdığı müşahidə olunur.

Bahalaşma son günlər xüsusilə hiss olunur, üstəlik taksi sürücüləri sifariş verilmiş ünvana vaxtında çatmırlar.

Əgər əvvəl taksiyə minmək üçün maksumum 5 dəqiqə gözləmək lazım idisə, hazırda sürücünün sərnişini yoldan götürməsi azı 15-20 dəqiqə çəkir. Üstəlik 2-3 manatlıq yolu indi taksilər 4-5 manatdan aşağı qiymətə getmirlər. Bütün bunlar isə ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydaların qüvvəyə minməsi ərəfəsində baş verir.

Xatırladaq ki, iyulun 1-dən yaşı 8 ildən çox olan minik avtomobillərindən taksi fəaliyyətində istifadə olunmasına icazə verilməyəcək. İyulun 1-nə qədər isə bu icazəni almaq istəyənlərinin maşının yaşı 15 ildən çox olmamalıdır.

“Report” taksi bazarında yaranmış vəziyyəti araşdırıb.

Nəqliyyat üzrə ekspert Fərhad Eyyubov hesab edir ki, taksi fəaliyyətinə dair yeni tələblər paytaxtda taksilərin sayını azaldıb, ictimai nəqliyyat isə daşıma yükünü tam çəkə bilmir: "Normal halda taksi ilə gedənlərin sayı ictimai nəqliyyatla gedənlərin sayının 6-8 %-ni təşkil etməlidir. Avtobus, qatar, metro sərnişin daşınmasını çatdırmayanda insanlar taksi ilə getməli olur və dediyim nisbət artır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) bildirir ki, taksilərin sayı 67 mindən 60 minə endirilib amma bu da çoxdur. Guya Bakıda olan adam sayına görə 20 min taksi bəsdir. Halbuki, 20 min taksi əhalinin tələbatını tam ödəmir. Hesab edirəm ki, tələbat dəqiq öyrənilməlidir".

"Tarif (Qiymət) Şurası avtobuslarda gedişhaqqını 10 qəpik artıranda bunu hansısa formada əsaslandırır. Taksilərdə gedişhaqqının artırılmasının əsaslandırılması yoxdur. İnsanlar taksidən istifadə edə və yaxud etməyə bilərlər. Amma bunun hallarda taksi xidməti əlçatan, qiyməti münasib olmalıdır. Yeni tələb taksi şirkətlərinə gedişhaqqını ikiqat artırmağa imkan verir. Odur ki, taksi ilə bağlı məsələnin üzərində iş aparılmalıdır", - deyə o əlavə edib.

RİNN yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) isə bildirib ki, taksi xidmətinin qiyməti tələb və təklif əsasında müəyyən olunur: “Hazırda qiymət taksi operatorlarının rəqabəti şəraitində formalaşır. Yeni qaydalarla taksi xidməti tənzimlənəcək, peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq. Bu sahədə AYNA təhlillər aparıb, taksilərin saylarının azaldılmasına müvafiq olaraq yeni avtobuslar xəttə buraxılacaq. Bu da sərnişin sıxlığının, eləcə də avtobusların qrafikdən və intervaldan kənarlaşması hallarının qarşısını alacaq. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir”.

"İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib. Artıq qaliblər bəllidir",- deyə məlumatda qeyd edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 21.06.24 20:30