Bayram günlərində milli parkları 12 min 348 turist ziyarət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Kirayə evdə gizli kameranın olmasını harada yoxlamaq olar? - Şəxsi detektivdən məsləhət  |     22:56 100 ildən sonra sükan arxasında: dünyanın ən yaşlı sürücüsü kim oldu?  |     22:44 Sağlamlığınız üçün bu vərdişlərdən imtina edin  |     22:38 Antalyada yaxtada həbs edilən azərbaycanlı kimdir?  |     22:31 "Xalq artisti deyiləm deyə, ev almayım?"  |     22:27 Hərbi liseylərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ  |     22:19 Günəş eynəyi taxanlara XƏBƏRDARLIQ - KÖKƏLDİR  |     22:13 “Aztelekom”da 900 minlik yeyinti – “Mis Nazim” kimdir?  |     22:08 "Cavanşir" körpüsü bu tarixdə açılacaq - RƏSMİ  |     22:01 İçməli suyun baha olduğu ölkələr  |     21:56 Qadınlarda tez-tez aşkarlanan XƏSTƏLİK  |     21:49 Keçmiş direktor nazirlikdən nə tələb edir?  |     21:44 FHN-nin Tibb Xidməti İdarəsi ilə işçisi arasında nə baş verib?  |     21:40 1 milyon manatdan artıq pulu qanunsuz yollarla leqallaşdıranların məhkəməsi başlayır  |     21:35 Əhalinin banklarda nə qədər əmanəti var?  |     21:26 Qubada dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib  |     21:20 Azyaşlıların dini mərasimlərə aparılması düzgün deyil - RƏY  |     21:12 Əcnəbi kibercinayətkar müalicə müəssisəsinə köçürülüb, azadlığa çıxmaq istəyir  |     21:05 Sumqayıtda bir nəfər dənizdə batıb  |     20:58 Bu il Aşurada qanvermə məntəqələrinin sayı iki dəfədən çox artırılıb  |    

Bayram günlərində milli parkları 12 min 348 turist ziyarət edib

Bayram günlərində milli parkları 12 min 348 turist ziyarət edib.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Qeyd olunub ki, bayram tətili günlərində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan Göygöl, Abşeron və Altıağac milli parklarıdır: “Ölkənin müxtəlif bölgələrində yerləşən milli parkları ziyarət edərək təbiətlə təmasda olmağa üstünlük verən turistlərin sayı bu bayram günlərində 12348 nəfər təşkil edib”.

Xidmət rəsmisi qeyd edib ki, ölkədə zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var.

Turizm mövsümünün başlanmasını nəzərə alaraq A.Babayeva milli parkların yerləşdiyi ərazilərlə bağlı da məlumat verib.

Qeyd olunub ki, bunlar Abşeron Milli Parkı-Xəzər rayonu, Zirə qəsəbəsi; Şirvan Milli Parkı-Salyan rayonu, Yenikənd kəndi; Hirkan Milli Parkı-Lənkəran rayonu, Bürcəli kəndi; Altıağac Milli Parkı-Xızı rayonu, Xələc kəndi; Qızılağac Milli Parkı-Lənkəran rayonu, Liman qəsəbəsi; Göygöl Milli Parkı-Göygöl rayonu, Toğanalı kəndi; Samur-Yalama Milli Parkı-Xaçmaz rayonu, Xudat qəsəbəsi; Ağgöl Milli Parkı-Ağcabədi rayonu; Şahdağ Milli Parkı-Quba, Qusar, İsmayıllı, Şamaxı, Oğuz, Qəbələ rayonları; Zəngəzur Milli Parkı-Naxçıvan MR Ordubad, Culfa, Şahbuz rayonlarıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 20.06.24 21:19